ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » İspaniyanın “El Periodico” portalı: “Biz Azərbaycan qarşısında borcluyuq”

İspaniyanın “El Periodico” portalı: “Biz Azərbaycan qarşısında borcluyuq”

İspaniyanın “El Periodico” portalı: “Biz Azərbaycan qarşısında borcluyuq”
Madrid, 18 yanvar 2017
İspaniyanın “El Periodico” portalında “Tarixin yaddaşı: Biz Azərbaycan qarşısında borcluyuq” sərlövhəli məqalə verilib.
İspaniyada fəaliyyət göstərən Respublika Aviatorlar Assosiasiyasının prezidenti Akinilio Matanın müəllifi olduğu məqalədə İkinci Dünya müharibəsi ərəfəsində Azərbaycanın Gəncə şəhərində təlimlər keçmiş ispan pilotlar və onların xatirəsinin Azərbaycanda əziz tutulmasından söz açılır.
Müəllif qeyd edir ki, Azərbaycan hökumətinə və xalqına İspaniya tarixinin bu maraqlı səhifəsini qoruduqları üçün minnətdarlıq ifadə etmək lazımdır.
Məqalədə, həmçinin Azərbaycan ərazisinin bir hissəsinin işğal altında olması faktı qeyd edilir, həmin torpaqlarda etnik təmizləmə aparıldığı vurğulanır. Müəllif ispan cəmiyyətini Azərbaycan qarşısında vicdan borcunu yerinə yetirməyə, Azərbaycan həqiqətləri ilə maraqlanmağa çağırır.
Aygün Əliyeva, AZƏRTAC-ın xüsusi müxbiriскачать dle 10.4 UTF-8Forex для начинающих