ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » “Komsomolskaya Pravda – Sankt-Peterburq” qəzetində Qara Yanvar hadisələri işıqlandırılıb

“Komsomolskaya Pravda – Sankt-Peterburq” qəzetində Qara Yanvar hadisələri işıqlandırılıb

“Komsomolskaya Pravda – Sankt-Peterburq” qəzetində Qara Yanvar hadisələri işıqlandırılıb
Moskva, 18 yanvar 2017
“Komsomolskaya Pravda – Sank-Peterburq” qəzetində 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələrə həsr olunmuş “Hüzn günü” sərlövhəli məqalə dərc edilib.
Məqalədə deyilir ki, Azərbaycan xalqı 1990-cı ildə həlak olmuş oğul və qızlarının xatirəsini ehtiramla anır. Nəşr Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Sultan Qasımovun “Aradan 27 il keçsə də, Bakıda bir çox ailələrdə bu faciənin əks-sədası hələ də eşidilir. İtkin düşmüş və indiyədək tapılmamış üzvləri olan ailələr qalıb” sözlərini sitat gətirib.
Baş konsul vurğulayır: “Yanvar hadisələrinin məsuliyyəti Sovet İttifaqı Kommunist Partiyasının o vaxtkı rəhbərinin üzərinə düşür. Mixail Qorbaçov böyük ölkənin dağılacağını qabaqcadan hiss edib, millətlərarası ədavət kartını oynamağa tələsən millətçilərin əlaltısına çevrilməklə siyasi səhvə yol verib.
Azərbaycanın lideri Heydər Əliyev o günlər SSRİ-nin paytaxtında idi. Faciənin ertəsi günü ailəsi ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək kəskin bəyanatla çıxış edib, milli məsələlərin zor tətbiq edilməsi yolu ilə həlli cəhdlərini pisləyib. Demək lazımdır ki, onda bu, çox cəsarətli və mərd addım idi. Əslində, Heydər Əliyev təkcə siyasi karyerasını deyil, bəlkə də azadlığını və ailəsinin həyatını riskə qoymuşdu. Amma başqa cür hərəkət edə bilməzdi. Sonralar, Qara Yanvar günlərində yaxınlarını itirmiş həmvətənlərlə görüşdə Heydər Əliyev demişdi: “O qanlı Yanvar günü xalqımız öz əziz vətəndaşlarını itirsə də, öz namusunu, şərəfini qoruya bilmişdir. Xalqımız sübut etmişdir ki, onun iradəsini qırmaq olmaz. Azadlıq, müstəqillik uğrunda mübarizə davam edib və indi artıq Azərbaycan Respublikası müstəqil dövlətdir. Milli münaqişələrin qurbanlarının xatirəsi daim bizimlədir”.
Sultan Qasımov qeyd edib: “Hazırda Rusiya-Azərbaycan münasibətləri fəal inkişaf edir. Azərbaycan tolerant dövlət olub və həmişə də tolerant olacaq. Bu gün Azərbaycanın orta və ali məktəblərində rus dilində təhsil almaq imkanı var. Azərbaycanın 300-dən çox orta məktəbində tədris rus dilində aparılır. 2008-ci ildən M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı fəaliyyət göstərir, 2015-ci ilin sentyabrında İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının açılışı olub.
Azərbaycan Rusiya Federasiyasının 70-dən çox subyekti ilə də əlaqələr saxlayır. Bu, indiki əlaqələrimizin möhkəm olmasının təsdiqidir. Təkcə Şimal paytaxtında Azərbaycan diasporu 300 min nəfərdən çoxdur. Peterburqlular azərbaycanlıları yaxşı alim, həkim, inşaatçı, habelə şəhər həyatının digər sahələrində çalışan yüksək ixtisaslı mütəxəssislər kimi tanıyır”.
S.Qasımov fikrini belə tamamlayıb: “Qeyd etmək lazımdır ki, 2017-ci ilin baharında Şimal paytaxtında Sank-Peterburq Hökuməti ilə Azərbaycan Respublikasının Hökuməti arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın birinci iclası keçiriləcək. Bu, ölkələrimiz arasında mehriban qonşuluq və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına daha böyük təkan verəcək”.
Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri,
Moskvaскачать dle 10.4 UTF-8Forex для начинающих