ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » “The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb

“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb

“The Washington Times” Ermənistanın Azərbaycana təcavüzündən yazıb
25 yanvar 2017, Vaşinqton
ABŞ-da çıxan “The Washington Times” qəzetində avstraliyalı siyasi şərhçi, Yaxın Şərq, Avrasiya və postsovet respublikalarında baş verən hadisələrin təhlilində ixtisaslaşan Castin Emlerin Cənubi Qafqazın geosiyasi reallıqları və Donald Tramp administrasiyası tərəfindən regiondakı vəziyyətə yeni baxışın vacibliyi barədə məqaləsi dərc edilib.
Müəllif yazır ki, Azərbaycanın Dağlıq Qarabağ regionuna görə Ermənistan ilə Azərbaycan arasında dondurulmuş münaqişə ətrafında vəziyyət ABŞ-ın xarici siyasəti üçün mühüm elementlərdən biridir. Ekspert Ermənistanın Azərbaycana təcavüzündən yazarkən qeyd edir ki, Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin 20 faizini işğal edib, etnik təmizləmə aparıb və bu ərazidəki Azərbaycan əhalisini qırıb. ATƏT-in Minsk qrupunun köməyi ilə bir neçə dəfə razılaşma əldə etmək cəhdi olub, amma uğursuzluqla nəticələnib. Bu yaxınlarda erməni əsgərləri Ermənistan-Azərbaycan sərhədini keçərək, Azərbaycanın mövqelərinə hücum ediblər. C.Emler yazır ki, Ermənistan mediası hücumun Azərbaycanın xüsusi təyinatlı dəstəsi tərəfindən olduğunu əsaslandırmağa çalışaraq, vəziyyəti təhrif edib və öldürülmüş, lakin yanında heç bir xüsusi təchizatı olmayan Azərbaycan əsgərinin fotosunu dərc edib.
Bu hadisə Ermənistanın 2016-cı ilin aprelində təcavüzünün davamı olub. Onda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrinə müqavimət göstərib, nəticədə ərazisinin xeyli hissəsini, o cümlədən strateji yüksəklikləri azad edib.
Yusif Babanlı, AZƏRTAC-ın xüsusi müxbiriскачать dle 10.4 UTF-8Forex для начинающих