ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb

Meksikanın Notimeks agentliyi erməni təcavüzündən bəhs edən məqalə yayıb

9 mart 2017, Vaşinqton 

Meksikanın Notimeks rəsmi xəbərlər agentliyi Azərbaycan Respublikasının bu ölkədəki səfirliyinin müvəqqəti işlər vəkili Məmməd Talıbovla müsahibəyə istinad edərək “Azərbaycan - onilliklər ərzində sülh axtaran xalq” adlı məqalə yayıb.

Məqalədə Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində on minlərlə həmvətənimizin öldürüldüyü və ölkəmizə milyardlarla ABŞ dolları dəyərində zərər vurulduğu qeyd olunur. Bildirilir ki, bütün bunlara baxmayaraq, multikultural cəmiyyətə malik Azərbaycan daim sülhə nail olmaq istəyir.

Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafında yerləşən yeddi rayonun - Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın Ermənistan tərəfindən işğal edildiyi, burada yaşayan azərbaycanlıların öz doğma torpaqlarından didərgin salındığı oxucuların diqqətinə çatdırılır.

Bütün bu itkilərin fonunda Azərbaycan xalqının və ölkə rəhbərliyinin qaçqın və məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmasına imkan verəcək sülhə nail olmağa çalışdığı vurğulanır.

Azərbaycan diplomatına istinad edilərək bildirilir ki, Ermənistan tərəfinin sülh prosesinə xələl gətirmək məqsədilə işğal olunmuş ərazilərdə törətdiyi daha bir təxribat - qondarma “referendum” bir sıra ölkələr tərəfindən rəsmən pislənilib. Məqalədə, həmçinin qeyd olunur ki, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri münaqişə ilə bağlı hazırkı status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğu barədə bəyanatlar verib.

Qondarma “referendum”u izləmək üçün Azərbaycanın işğal edilmiş ərazilərinə qeyri-qanuni səfər etmiş avropalı deputatlar barəsində həbs qərarı çıxarıldığı xatırladılır, ölkəmizin qanunlarını pozmuş meksikalı professor Rodriqo Qomez Qarsianı da eyni aqibətin gözlədiyi diqqətə çatdırılır.

Müəllif azərbaycanlı diplomata istinad edərək yazır: “Azərbaycan xalqı sülhsevər xalqdır. Müxtəlif dinlərin və mədəniyyətlərin təmsilçiləri uzun illərdir ki, ölkəmizdə sülh və əmin-amanlıq şəraitində yaşayırlar. Regionda sülhün bərqərar olmasına yeganə maneə məhz Azərbaycan torpaqlarının işğal altında qalmasıdır”.

Məqalədə, həmçinin BMT Təhlükəsizlik Şurası tərəfindən Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərini dərhal və qeyd-şərtsiz tərk etməsi tələb olunan dörd qətnamənin qəbul edildiyi, həmin torpaqlarda yaradılmış qondarma rejimin heç bir ölkə, o cümlədən Meksika tərəfindən tanınmadığı diqqətə çatdırılır.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

скачать dle 10.4 UTF-8Forex для начинающих