Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/speople/public_html/engine/classes/templates.class.php on line 209 Müəlliflər - Şahdağ Milli Etnik Qrupu http://shahdagpeoples.az/ ru Müəlliflər - Şahdağ Milli Etnik Qrupu DataLife Engine Cəfər Qiyasi http://shahdagpeoples.az/index.php?newsid=642 http://shahdagpeoples.az/index.php?newsid=642

 

Quba rayonunun Zıхır kәndindәn dağın döşüylә bir yol qalxır. Sәrt yoхuşu başa vuran kimi gözəl bir mәnzәrә görunür. Otu adama boy vеrmәyәn düzәnlik, yalçın qayalı sıra dağlar... Düzәnlik aşağılarda sıx meşə ilə һaşiyәlәnib. Meşənin içərisindә boyük bir relyеf qabartısı gorünür. 

]]>
admin Fri, 17 Aug 2018 17:18:00 +0400
Aida Eyvazlı http://shahdagpeoples.az/index.php?newsid=420 http://shahdagpeoples.az/index.php?newsid=420  

 

Gəl  boyuna qurban,  ay Vətən Oğlu

39 gün düşmən əsirliyində qalıb, 40-cü gün vətən torpağına qovuşan Çingiz Qurbanovun xatirəsinə


Dekabrın 28-i zəng vurub atası Salmanla danışıb, bayramlaşanda həmişəki kimi  hər şeyin yaxşı olduğunu və yaxşı olacağını söyləmişdi əsgər Çingiz Qurbanov. Həmin gün atası və qardaşı ilə 1 saatdan çox həmsöhbət olmuşdu.  Deyib-gülüb danışmışdılar. Atası ona gözaydınlığı verib dedmişdi ki, “Oğul, gözlərin aydın, diplomunu aldım. Yanvarın 2-də gətirəcəyəm görərsən...”. 

]]>
admin Sat, 25 Mar 2017 21:31:17 +0400
İlqar Balakişiyev http://shahdagpeoples.az/index.php?newsid=419 http://shahdagpeoples.az/index.php?newsid=419

Azərbaycanda unikal memarlıq abidələri ilə zəngin olan bölgələrimizdən biri də Qubadır. Kökləri çox qədimlərə gedib çıxan bölgə tarixinin bir sıra əhəmiyyətli abidələri burada insanların çox uzaq zamanlardan bəri yaşayıb-yaratdıqlarını sübuta yetirir.

 

]]>
admin Sat, 25 Mar 2017 17:36:48 +0400
İradə Əliyeva http://shahdagpeoples.az/index.php?newsid=385 http://shahdagpeoples.az/index.php?newsid=385 İradə Əliyeva 

Hələ Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsində təhsil aldığım illərdə çox sevdiyim Quba və ətraf ərazilərin tarixi, xüsusən də burada yaşayan azsaylı xalqların zəngin palitrası, onların özünəməxsus etnoqrafiyası, adət-ənənələri, çox vaxt bircə kənddə danışılan dilləri, kəşməkəşli tarixi keçmişləri diqqətimi özünə cəlb etmişdi. Dərsliklərdə, istifadə etdiyimiz əlavə ədəbiyyatda buduqlular, qrızlılar, haputlular, ceklilər, əliklilər, yergüclülər və digərləri haqqında rast gəldiyim

]]>
admin Fri, 24 Feb 2017 21:07:16 +0400
Ələkbər QUBATOV http://shahdagpeoples.az/index.php?newsid=169 http://shahdagpeoples.az/index.php?newsid=169 Ələkbər QUBATOV
Müəllif haqqında: Ə.B.Qubatov 1938-ci ildə Quba rayonunun Alpan kəndində anadan olub. 1961-ci ildə APXDİ-ni (indi ADU) bitirib. 1977-ci ilədək Qubanın bir sıra kəndlərində müəllim işləyib. 1973-cü ildə filologiya elmləri namizədi, 1992-ci ildə filologiya elmləri doktoru alimlik dərəcəsi alıb. 1996-cı ildə professor adına layiq görülüb. Hazırda ADU-nun Alman dili tərcümə kafedrasının müdiridir. Bir sıra məşhur alman şairlərinin şeirlərini dilimizə çox ustalıqla tərcümə edib. “Lirika” adlı tərcümələr kitabının, 1 monoqrafiya və 4 dərs vəsaitinin, tərcümə problemləri və dillərin qarşılıqlı əlaqələrinə aid 80-dən çox elmi-metodiki məqalənin, o cümlədən xarici dillərdə nəşr olunmuş yazıların müəllifidir.]]>
admin Tue, 02 Aug 2016 14:17:40 +0400
Rəhman İSAYEV http://shahdagpeoples.az/index.php?newsid=96 http://shahdagpeoples.az/index.php?newsid=96  

Quba soyqırımı ilə bağlı həqiqətlər bütün dünyaya çatdırılmalıdır

Xaçmazdakı Qaradağlı kənd tam orta məktəbin coğrafiya müəllimi, metodbirləşmə sədri

]]>
admin Tue, 26 Apr 2016 19:15:39 +0400
Sevil Əmiraslanova http://shahdagpeoples.az/index.php?newsid=66 http://shahdagpeoples.az/index.php?newsid=66 Sevil Əmiraslanova

Xınalıq Cümə məscidi

Sevil ƏMİRASLANOVA

“Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun əməkdaşı

                        

]]>
admin Thu, 28 Jan 2016 10:25:47 +0400
Tofiq NURƏLİ http://shahdagpeoples.az/index.php?newsid=50 http://shahdagpeoples.az/index.php?newsid=50 Tofiq NURƏLİ

I hissə

 

Vağzal. "St. Xaçmas" yazılıb.

Qatar canı boğazından çıxırmış kimi, son dəfə sinədolusu nəfəs verib dayandı. O, qatardan düşdü. Tərini nimdaş pencəyinin qoluyla silib, elə-beləcə, bir xeyli perronda dayandı. Maddım-maddım vağzal binasına, ora-bura vurnuxan adamlara baxdı. Daha sonra ağzı bağlı kisəni kürəyinə atıb iplərini çiyinlərinə keçirdi. Vağzalın çıxışına tərəf yönəldi. Elə bu vaxt azca aralıda dayanmış adamın bayaqdan ona göz qoyduğunu duydu. İçi ürpəşdi. Və hələ indi anladı ki, haradadır!

Vağzaldan çıxdı. Bürkü adamı əldən salırdı. Tez-tez pencəyinin qoluyla üzünü silirdi və vağzaldan qoca çinarlara tərəf uzanan yolla ağır-ağır gedirdi. Kimlərinsə düz onun gözlərinin içinə baxdığını da üzünü çevirmədən hiss edirdi.

Çinarların kölgəsinə bir xeyli adam yığışmışdı. Təbii ki, bunlar Şabran və Dağıstan tərəfə getmək istəyənlərdi. Kəndlilər basabasla qatar qabağına çıxmış furqonlara doluşurdular. Minmədi. Çəkilib, yerə yıxılı tirin üstündə oturdu. Başını əllərinin arasına aldı. Gicgahlarının damarları likkildəyirdi. Hiss etdi ki, həyəcanlanır. Vağzala tərəf boylandı. Baxışları vağzal binasının üstündə ölü quş qanadı kimi sallanıb qalan, arabir astaca yırğalanan qıpqırmızı bayrağa sataşdı. Birdən-birə ürəyindən keçdi ki, elə bil bu bayraq ona - bu qədər adamın içində məhz ona meydan oxuyur - yeri möhkəmdir!

Sifətindən acı bir təbəssüm keçdi: doğrudanmı hər şey məhv oldu?

Beş illik dustaq həyatında adət etdiyi kimi, yenə tək oturub özünə qapıldı.

]]>
admin Sat, 29 Aug 2015 22:28:16 +0500
Telman BABAYEV http://shahdagpeoples.az/index.php?newsid=43 http://shahdagpeoples.az/index.php?newsid=43 Telman BABAYEV


Əvvəlcə bir qədər özüm haqqında. 1941-ci ildə Bakıda doğulmuşam. Orta məktəbi bitirdikdən sonra rəssamlığa olan böyük həvəsim məni 1958-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinə gətirdi. 1963-cü ildə həmin məktəbi uğurla bitirdim. Amma indi rəngkarlığa olan həvəsimə memar olmaq istəyi də qoşulmuşdu. Çünki rəssamlıq məktəbində təhsil alarkən dünyanın bütün görkəmli fırça ustalarının həm də gözəl memar olduqlarını görür və təbii ki, bizdə də qurub-yaratmaq, dünyanı daha da zənginləşdirmək eşqi doğurdu. Elə bu böyük həvəslə də 1963-1968-ci illərdə Azərbaycan Politexnik İnstitutunun (indi Azərbaycan Texniki Universiteti adlanır) Memarlıq bölümündə memarlıq ixtisasına yiyələndim. Üç il təyinatla “Azərdövlətlayihə” İnstitutunda çalışdım. Sonra dörd il ərzində indiki Sabunçu rayonunda baş memar oldum. Daha sonra uzun illər Azərbaycan Dövlət Tikinti və Memarlıq Komitəsində memar kimi fəaliyyətimi davam etdirdim. Həmin illərdə respublikamızın bir sıra rayon və şəhərlərində xeyli sayda ictimai və mədəni-məişət obyektlərinin tikintisinə nəzarət işlərində iştirak etdim.]]>
admin Thu, 30 Jul 2015 18:15:31 +0500