Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home/speople/public_html/engine/classes/templates.class.php on line 209 Müsahibələr - Şahdağ Milli Etnik Qrupu http://shahdagpeoples.az/ ru Müsahibələr - Şahdağ Milli Etnik Qrupu DataLife Engine Xınalığın ilk tələbə qızı - Aynurə http://shahdagpeoples.az/index.php?newsid=767 http://shahdagpeoples.az/index.php?newsid=767

28 oktyabr 2019

 

İlk olmaq həmişə çətindir. Fərqi yoxdur, nədə ilksən. İlklər həmişə güclü iradənin, uzun mübarizənin nəticəsində uğur qazanırlar.

Budəfəki qəhrəmanım Quba rayonunun Xınalıq kəndindən universitetə qəbul olan ilk qız - Azərbaycan Dillər Universitetinin tələbəsi Aynurə Qəribovadır. 
 

- Aynurə, necə oldu səndə oxumağa həvəs yarandı?

- Əslində, mən hələ lap uşaqlığımdan oxumaga böyük maraq göstərirdim. Buna baxmayaraq, yaşıdlarımdan fərqli olaraq məktəbə düz beş il gec getmişəm. Buna səbəb ailəmin Xınalıqdaki əksər ailələr kimi təsərrüfat həyatı ilə məşğul olması, ilin yarısını yaylaqda, yarısını qışlaqda keçirməsi idi. Bir tərəfdən də ev işlərini görməli olduğum üçün oxumağa olduqca az zamanım qalırdı. Lakin oxumaq arzum bu çətinliklərdən daha güclü idi. On birinci sinifə başladığım gün qəti şəkildə qərar verdim ki, mütləq ali təhsil almalıyam və alacam.

- Sənə "Edə bilməzsən, qız nədir, oxumaq nədir?" deyən olmurdumu heç?

- O qədər olurdu ki. Amma ailəm hər zaman mənə dəstək olub. Xüsusilə də anam. Anam orta məktəbi yaxşı qiymətlərlə bitirsə də, ali təhsil ala bilməyib. Ona görə də mənim ali təhsil almağım üçün əlindən gələni edib. Anam mənim ən güclü motivasiyam olub.

- Repetitor yanına getmədən hazırlaşmaq sənə çətin olmurdu ki?

- İlk başlarda çətin olurdu. Lakin müəyyən müddətdən sonra öyrəşmişdim. Özümə bir cədvəl tutmuşdum. Dərsləri həmin cədvələ əsasən oxuyurdum. Məsələn, bu gün 50 səhifə tarix oxuyacağam deyirdimsə, gecə saat neçə olur-olsun, o 50 səhifəni oxumadan yatmırdım. Bilirdim ki, o an oxumasam, bütün həyatım boyu bunun peşmançılığını çəkəcəm.

-  Qəbul olduğunu eşidəndə nə hisslər keçirdin?

- Düzü, əvvəlcədən yığdığım balı təxmin edirdim. Lakin tam əmin ola bilmirdim. Bəlkə nəyisə düz köçürməmişəm, ya da nəyisə düzgün yazmamışam deyə nəticələr çıxana qədər ağlımdan nə qədər fikir keçirdi. Nəticələri görəndə sevincimin həddi-hüdudu yox idi. 455 balla Azərbaycan Dillər Universitetinin ingilis dili müəllimliyinə qəbul olmuşdum. İstədiyim universitet istədiyim ixtisas idi.

- Niyə məhz ingilis dili müəllimliyi?

- Mənim doğulub böyüdüyüm Xınalıq kəndi turistlərin çox ziyarət etdiyi yerlərdəndir. Kəndimizə gələn turistlər məndə bu dilə qarşı böyük maraq yaratmışdı. Yəqin bu, bir gün onların ingiliscə verdiyi suala elə ingiliscə cavab vermək həvəsi ilə bağlı olub.

- İndi dərslərin necə gedir? Gələcəklə bağlı planların nələrdir?

- Hazırda mənim üçün əsas məsələ semestr imtahanlarını verməkdir (gülür). Gələcəklə bağlı planlarım çoxdur. Universiteti bitirdikdən sonra Xınalığa qayıtmaq, orda müəllimə kimi çalışmaq istəyirəm. İnanıram ki, müəllimlərim mənə necə dəstək olublarsa, mən də öz şagirdlərimə o cür dəstək olacam.

- Sonda özün kimi arzularından uzaqda doğulan insanlara nə demək istəyirsən?

- Onlara tək sözüm budur: mübarizə aparın. Çünki həyat mübariz insanları sevir. İstədiyiniz hər nədirsə, əldə etmək üçün bacardığınız hər şeyi edin. Çünki insan bir şeyi bütün varlığı ilə istəyirsə, mütləq ona nail olur.

Aytac SAHƏD, 525-ci qəzet

]]>
admin Tue, 05 Nov 2019 16:02:48 +0400
Elmə həsr olunmuş ömür http://shahdagpeoples.az/index.php?newsid=561 http://shahdagpeoples.az/index.php?newsid=561

 

28 dekabr 2017

AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Babayevlə müsahibə

Azərbaycan arxeologiyasının ağsaqqallarından biri AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor İlyas Atababa oğlu Babayev çoxlarına örnək olacaq mənalı bir həyat yolu keçib. O, 1958-ci ildə ADU-nu (indiki BDU-nu) fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycanın ilk milli arxeoloq kadrlarından olan Saleh Qazıyevin rəhbərliyi ilə yaradılan Qəbələ arxeoloji ekspedisiyasında çöl tədqiqatlarına başlamışdır. İlyas müəllim 58 ildən çoxdur ki, Qafqaz Albaniyası tarixinin və mədəniyyətinin tədqiqini davam etdirir. Onun yorulmaq bilmədən apardığı tədqiqatlar Qafqaz Albaniyası tarixşünaslığında əsas istinad nöqtəsi kimi qəbul olunur. Hazırda İlyas müəllimin rəhbərlik etdiyi Qəbələ arxeoloji ekspedisiyası beynəlxalq statusa malikdir və hər il ekspedisiyanın apardığı qazıntı işlərində yerli mütəxəssislərlə yanaşı, Cənubi Koreya Respublikasından gəlmiş 30-dan çox arxeoloq da iştirak edir.

]]>
admin Sun, 04 Feb 2018 05:10:46 +0400
Robert Mobili: “Erməni yalanlarına qarşı mübarizə aparılması üçün alban kilsələrinə dini rəhbər təyinatı olmalıdır” http://shahdagpeoples.az/index.php?newsid=403 http://shahdagpeoples.az/index.php?newsid=403

7 mart 2017, Bakı

 

"Udilər ruhani təhsilini Ukrayna kilsələrində alırlar"

 

Alban-Udi Xristian dini icmasının sədri, Bakı Dövlət Universitetinin (BDU) baş elmi işçisi Robert Mobilinin "Report"a müsahibəsi:

- Robert müəllim, udi xalqı udinlər kimi də yazılır. Bunlardan hansı düzgündür?

- Çar Rusiyası Qafqazı işğal etdikdən sonra Azərbaycanda yaşayan xalqların milliyyətini müxtəlif cür yazıb. Bizə aborigen, avtoxton və albanlar deyiblər. Hətta tuzemts dedilər. Bundan sonra isə yazıya alanda udi sözünün yerinə udinlər yazdılar. Ancaq bu da doğru deyil. Udin sözü rus dilində yazılanda n hərfi bağlayıcı kimi işlənir (məsələn, gürcü - qruzin, ləzgi - lezgin). Biz özümüzə udi deyirik, tarixdə də udi olub. Udin termini Çar Rusiyasının Qafqazı işğalından sonra ortaya çıxıb. Biz hələ sovet dövründə, yəni 1985-86-cı illərdə bununla bağlı məsələ qaldırmışdıq. 

]]>
admin Thu, 09 Mar 2017 14:49:40 +0400
İlyas Babayev: “Azərbaycan ərazisindəki bütün abidələr Azərbaycana, xalqımıza aiddir.” http://shahdagpeoples.az/index.php?newsid=307 http://shahdagpeoples.az/index.php?newsid=307


Şəmkir rayonunda, Qaracəmirli kəndi yaxınlığında Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü İlyas Babayevin rəhbərliyi ilə beynəlxalq ekspedisiya 10 ildən artıqdır ki, arxeoloji qazıntı işləri aparır. Qazıntının son nəticələri, tapılan unikal tikili haqqında İlyas Babayevlə görüşərək söhbət etdik:

]]>
admin Tue, 06 Dec 2016 08:47:33 +0400
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən milli azlıqlarla bağlı görülmüş işlərə dair məlumatlar http://shahdagpeoples.az/index.php?newsid=67 http://shahdagpeoples.az/index.php?newsid=67 Azərbaycan Mədəniyyət və Turizm Nazirliyindən milli azlıqlarla bağlı görülmüş işlərə dair məlumatlar

]]>
admin Sat, 12 Mar 2016 23:48:53 +0400
"Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır" http://shahdagpeoples.az/index.php?newsid=57 http://shahdagpeoples.az/index.php?newsid=57 "Buduqluların tarixinin və mədəniyyətinin öyrənilməsinə az diqqət ayrılır"

“Strateq.az”  saytının növbəti qonağı Cəlaləddin Budadoğludur. Cəlaləddin müəllim ilə Buduq kəndi və buduqlular haqqında danışdıq.

]]>
admin Mon, 30 Nov 2015 14:58:17 +0400
Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir http://shahdagpeoples.az/index.php?newsid=56 http://shahdagpeoples.az/index.php?newsid=56 Azərbaycan multikulturalizminin təbliği insanlığa töfhədir

Bu günlərdə Azərbaycan nümayəndə heyəti İsveç Krallığında  rəsmi səfərdə olub. Səfər təsüratlarını bölüşmək məqsədilə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru, professor Azad Məmmədovla görüşdük.

]]>
admin Wed, 25 Nov 2015 11:34:32 +0400