BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Türkmənistan prezidentindən maraqlı sərəncam: hər qadına hədiyyə

Türkmənistan prezidentindən maraqlı sərəncam: hər qadına hədiyyə

26 fevral 2017

Türkmənistan prezidenti Qurbanqulı Berdıməhəmmədov maraqlı sərəncam imzalayıb.

Oxu.Az istipress-ə istinadən xəbər verir ki, sərəncama əsasən, 8 Mart – Beynəlxalq Qadınlar günündə ölkədə yaşayan hər bir qadına dövlət başçısının adından 40 manat hədiyyə olunacaq.

Pul hədiyyəsi martın 1-dən 5-nə qədər olan dövrdə rəsmən işlə təmin olunmuş, təhsil alan, yaxud müavinət və təqaüd alan qadınlara paylanacaq. İşsiz qadınlar siyahıya daxil edilməyib. Bundan əlavə, 8 və daha çox uşağı olan qadınlara “Ene Məhri” medalı təqdim olunacaq.

Qeyd edək ki, aztəminatlı ailələrə prezidentin adından yeni mənzillərin açarları təqdim ediləcək. Aztəminatlıların necə müəyyənləşdiriləcəyi və neçə mənzilin təqdim ediləcəyi açıqlanmayıb.

скачать dle 10.4 UTF-8Forex для начинающих