BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Şahdağ” Turizm Mərkəzi uşaqlar üçün yay düşərgəsini təqdim edir

“Şahdağ” Turizm Mərkəzi uşaqlar üçün yay düşərgəsini təqdim edir

 

22 aprel 2017, Bakı

“Şahdağ” Turizm Mərkəzində iyulun 18-dən sentyabrın 10-dək uşaqlar üçün yeddi günlük yay düşərgə proqramı təqdim olunacaq.

“Şahdağ” Turizm Mərkəzindən AZƏRTAC-a bildirilib ki, proqram çərçivəsində keçiriləcək dərslər, xaricdən dəvət olunmuş yüksək ixtisaslı və bu sahədə zəngin təcrübəyə malik müəllim heyəti tərəfindən ingilis dilində aparılacaq. 11-14 yaşarası uşaqlar üçün nəzərdə tutulmuş düşərgədə uşaqlar daimi nəzarəti altında olacaqlar.

Qeyd edək ki, ilk dəfə olaraq fəaliyyət göstərəcək “Şahdağ” yay düşərgəsi beynəlxalq mühitdə öyrənmə prosesini təmin edərək, uşaqlara müxtəlif növ maraqlı əyləncələr arasından seçim etməyə şərait yaradacaq.

скачать dle 10.4 UTF-8Forex для начинающих