ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 santimetrə çatıb, canavarlar Xınalığa hücum edib

Xınalıq və Qırız kəndlərində qarın hündürlüyü 14 santimetrə çatıb, canavarlar Xınalığa hücum edib

3 noyabr 2019

Quba rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 14 santimetrə çatıb.

Rayonda yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib ki, qar yağması ilə əlaqədar Qubanın Qırız və Xınalıq kəndlərində, həmçinin Qusarın Ləzə kəndində temperatur mənfi 10 dərəcəyədək enib. Qarın hündürlüyü Xınalıq və Qırızda 14 santimetr, Ləzə kəndində isə 10 santimetrdir.

Qar səbəbindən Quba rayonunun ucqar kəndlərinə gedən yollarda avtomobillərin hərəkəti çətinləşsə də, hazırda bütün istiqamətlərdə magistrallar açıqdır.

Daha təhlükəli sayılan Quba-Xınalıq yoluna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli idarəsinin növbətçi briqadaları nəzarət edir. Yolun qarla örtülən hissəsi təmizlənib, əraziyə qum-duz qarışığı səpilib. Yerli sakinlərin, eləcə də turistlərin Xınalıq kəndinə gediş-gəlişində problem yoxdur.

Yağan güclü qardan sonra ac qalan canavar sürüsü Xınalıq kəndinə girib. Kənd sakinləri bildirib ki, 7 canavardan ibarət sürü bu gecə kəndə girib.

Kənd camaatı ayıq-sayıq olduğundan, sakinlərə heç bir ziyan dəyməyib.

Səhər açıldıqdan sonra yırtıcılar kəndi tərk edib.

скачать dle 10.4 UTF-8Forex для начинающих