BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Məşhur albaniyaşünas dünyasını dəyişdi

Məşhur albaniyaşünas dünyasını dəyişdi

8 dekabr 2021-ci il

 

Tarixçi alim Fəridə Məmmədova vəfat edib.

Bu barədə AMEA-nın Tarix İnstitutundan bildirilib.

Fəridə Cəfər qızı Məmmədova 8 avqust 1936-ci ildə Azərbaycan SSR Əli Bayramlı (indiki Şirvan) şəhərində  anadan olub, 1955–1960-ci illərdə Azərbaycan Dövlət Universitetinin (hazırda BDU) Tarix fakültəsində təhsil alıb.

1960-cu ildən etibarən AMEA Tarix İnstitutunda işləməyə başlayıb, 2002-ci ildən isə “Azərbaycanın tarixi coğrafiyası” (hazırda “Azərbaycanın tarixi coğrafiyası və demoqrafiyası”) şöbəsinin müdiri olub.

1962–1969-cu illərdə Leninqrad (indiki Sankt-Peterburq) şəhərində SSRİ EA Şərqşünaslıq İnstitutunda təcrübə keçib və oranın aspirantı olub: qədim fars (mixi yazi), orta fars (pəhləvi), qədim erməni (qrabar) və qədim gürcu dillərini bilirdi.

O, 1971-ci ildə “Musa Kalankatlının “Albanların tarixi” Qafqaz Albaniyasının ictimai quruluşunun mənbəyi kimi” tarix üzrə namizədlık, 1987-ci ildə “Qafqaz Albaniyasının siyasi tarixi və tarixi coğrafiyası” mövzusunda doktorluq dissertasiyaları müdafiə edib.

1991-ci ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının tarix elmləri doktoru, daha sonra həqiqi üzvü; 1993-ci ildə AMEA-nın tarix elmləri doktoru, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих