ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb

Şəhid Çingiz Qurbanov Qusardakı Şəhidlər Xiyabanında torpağa tapşırılıb

6 fevral 2017

2016-cı ilin dekabr ayının 29-da Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Çingiz Qurbanovun nəşi bu gün Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzində keçirilən vida mərasimdən sonra dəfn edilmək üçün Qusar rayonuna yola salınıb.

"Report"un Şimal bürosunun məlumatına görə, şəhid Ç.Qurbanovun yas mərasimi rayon mərkəzində keçirilib.

Şəhid saat 14:20-də rayondakı Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində millət vəkilləri, yüksək rütbəli hərbçilər, rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, şəhidin hərbçi yoldaşları, ailə üzvləri və sadə vətəndaşlar iştirak ediblər.

Qeyd edək ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin səyi nəticəsində Çingiz Qurbanovun nəşi fevralın 5-də Azərbaycana geri qaytarılıb.

Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müvafiq tədbirlər, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik və Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə hərbi qulluqçunun meyitinin geri alınması prosesi Qazax rayonunun Bala Cəfərli kəndi istiqamətində baş tutub.

Allah rəhmət eləsin!

скачать dle 10.4 UTF-8Forex для начинающих