BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Minsk Qrupunun həmsədrləri cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb

Minsk Qrupunun həmsədrləri cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb

26 fevral 2017

ATƏT-in Minsk Qrupunun həmsədrləri Riçard Hoqland (ABŞ), İqorğ Popov (Rusiya) və Stefan Viskonti (Fransa) təmas xəttində baş verən toqquşma ilə bağıl bəyanat yayıb. 

Oxu.Az APA-ya istinadan verdiyi xəbərə görə, bəyanatda qeyd edilir ki, həmsədrlər Azərbaycan və Ermənistan Müdafiə nazirliklərindən və digər mənbələrdən fevralın 25-də səhər təmas xəttində atəşkəs rejiminin ciddi surətdə pozulduğu və insan tələfatı olduğu barədə məlumat alıblar.

Bəzi cəsədlər neytral zonada qalıb. Həmsədrlər tərəfləri təmas xətti yaxınlığındakı ağır texnikanı əvvəlki mövqelərə çəkməyə və dünən ATƏT-in şəxsi nümayəndəsinin vasitəçiliyi ilə əldə edilən razılaşmaya uyğun olaraq cəsədlərin evakuasiyasının təmin edilməsinə çağırıb. Həmsədrlər tərəfləri güc tətbiq etməmək barədə öhdəliyə əməl etməyə də çağırıb. 

скачать dle 10.4 UTF-8Forex для начинающих