ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirilib

“Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirilib

 

24 iyun 2017

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında tanınmış araşdırmaçı, publisit jurnalist Aida Eyvazlının “Qalibiyyət – şahidlər və şəhidlər” kitabının I cildinin təqdimatını keçirilib.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ülvi Mehdiyev ASAN könüllülərinin vətənpərvərlik mövzusuna daim diqqət yetirdiklərini, bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hissinin yüksəldilməsində müstəsna rol oynadığını bildirib. Ü. Mehdiyev, həmçinin, aprel döyüşlərində Azərbaycan əsgərinin qəhrəmanlığını xatırlayaraq bunun tarixi bir qələbə olduğunu qeyd edib.

Daha sonra çıxış edən Aida Eyvazlı kitabda aprel döyüşlərində şəhid olmuş 45 qəhrəmanın həyat salnaməsinin öz əksini tapdığını vurğulayıb. Aida Eyvazlı eyni zamanda bildirib ki, aprel döyüşləri Azərbaycan ordusunun gücünü bir daha düşmənə göstərdi.

Aprel döyüşlərində şəhid olan polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alıyeva çıxışında aprel döyüşlərinin Azərbaycan ordusunun qələbəsinin başlanğıcı olduğunu və qısa zamanda ordumuzun işğalda olan bütün torpaqlarımızı azad edəcəyini qeyd edib.

Tədbirin sonunda Aida Eyvazlı müəllifi olduğu kitabı ASAN könüllülərinə təqdim edib.

 

 

 

 

 

 

asanradio.az

скачать dle 10.4 UTF-8Forex для начинающих