BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » ATƏT PA ilk dəfə olaraq Multikulturalizmlə bağlı qətnamə layihəsi qəbul edib

ATƏT PA ilk dəfə olaraq Multikulturalizmlə bağlı qətnamə layihəsi qəbul edib

 

10 iyul 2017

ATƏT Parlament Assambleyasının Minsk şəhərində keçirilən 26-cı illik sessiyasının iclasında Azərbaycan nümayəndə heyətinin üzvü Tahir Mirkişilinin müəllifi olduğu “Multikulturalizm – qloballaşma şəraitində demokratiyanın inkişafında mədəni dəyərlərin rolu” qətnamə layihəsi müzakirəyə çıxarılıb.

AZƏRTAC xəbər verir ki, müzakirədə Tahir Mirkişili multikulturalizm dəyərlərinin dünyada xalqların və ölkələrin inkişafında rolundan danışaraq bu dəyərlərin siyasi, iqtisadi və demokratik inkişaf üçün hər bir ölkədə qorunub inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın bu sahədəki böyük təcrübəsindən, Bakı Humanitar Forumunun deklarasiyalarından danışan deputat təqdim olunan qətnamə layihəsinin ATƏT regionunda qarşılıqlı etimadın yaradılmasına və bütövlükdə planetdə təhlükəsiz həyatın qorunmasına xidmət edəcəyini iştirakçıların diqqətinə çatdırıb. Çıxış edən deputatlar qətnamə layihəsinin vacibliyini və ATƏT sənədləri içərisində ilk belə sənədin olmasının beynəlxalq qanunvericilikdə bir yenilik olduğunu bildiriblər.

Müzakirələrin sonunda səsverməyə çıxarılan qətnamə layihəsi qəbul olunub.

Qətnamə layihəsi əsasən müxtəlif mədəni dəyərləri qoruyub inkişaf etdirməklə ATƏT regionunda demokratik inkişafa və təhlükəsizliyə töhfə vermək və Azərbaycanın sahib olduğu multikulturalizm ənənələrini beynəlxalq hüquq müstəvisində tətbiq etməyi nəzərdə tutur.

скачать dle 10.4 UTF-8Forex для начинающих