BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubada bərpa edilmiş tarixi hamamın açılışı olub

Qubada bərpa edilmiş tarixi hamamın açılışı olub

 

26 mart 2018

Quba. "Azərbaycan torpağı həmişə multikulturalizm ənənələri ilə məşhur olub".

"Report" xəbər verir ki, bunu Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Qubada 18-19-cu əsrlərə aid tarixi hamamın Mədəni İrsin Qorunması üzrə ABŞ səfirləri Fondu tərəfindən maliyyələşdirilmiş bərpa prosesindən sonra açılışında deyib.

O bildirib ki, Quba 20-dən çox millətin sülh və əmin-amanlıq şəraitində bir yerdə yaşamasına dair çox gözəl nümunədir. Nazirin sözlərinə görə, Azərbaycan-ABŞ münasibətləri müxtəlif sahələrdə, o cümlədən mədəniyyət sahəsində inkişaf edir.

Eyni zamanda, nazir Azərbaycanın tarixi abidələrinin Azərbaycanın işğal olunmuş ərazilərində ermənilər tərəfindən məhv edildiyini və özününküləşdirildiyini vurğulayıb: "Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində oradakı mədəni və tarixi irsimizi qoruya bilmərik, vandallar isə onlar haqqında faktları saxtalaşdırırlar".

Tədbirdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta da iştirak edib.

Qeyd edək ki, XVIII-XIX əsrlərə aid abidə el arasında "Çuxur hamam", "Gümbəzli hamam", "Bəkir hamamı", "Məşədi Əlimərdan hamamı" adları ilə tanınır. Hamam 1985-ci ilə kimi təyinatına uyğun istifadə olunub. Şərq memarlıq üslubunda tikilmiş hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur. 

 

 

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих