BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Amerika jurnalı 1918-ci ilin mart hadisələrindən yazıb

Amerika jurnalı 1918-ci ilin mart hadisələrindən yazıb

 

4 aprel 2018

Amerikada nəşr olunan “Jewish Journal”da Azərbaycan Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayevin məqaləsi dərc edilib. Məqalədə müsəlmanların və yəhudilərin azadlıq mübarizəsi tarixindən, habelə 1918-ci ildə erməni daşnakları tərəfindən azərbaycanlılara qarşı törədilən soyqırımından danışılır. 1918-ci ilin mart-aprel hadisələrini təsvir edən müəllif yazır ki, Azərbaycanda mart soyqırımı ölkə tarixinin qanlı səhifəsidir. M.Yevdayev ermənilərin azərbaycanlı müsəlmanlara və Qubada dağ yəhudiləri icmasının üzvlərinə qarşı qırğınlar törətdiklərini qeyd edir. Diqqətə çatdırılır ki, həmin qırğınlarda on minlərlə azərbaycanlı, həmçinin Qubada 3 min yəhudi qətlə yetirilib.

medeniyyet.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих