BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Antalyada Qafqaz Albaniyasının abidələrindən bəhs olunub

Antalyada Qafqaz Albaniyasının abidələrindən bəhs olunub

 

4 aprel 2018

Türkiyənin ən məşhur turizm mərkəzlərindən sayılan Antalya şəhərində 20-23 mart tarixində “Beynəlxalq mədəniyyət zirvəsi” adlı simpozium təşkil edilib. 
   Simpoziumda Azərbaycandan “Avey” və “Keşikçidağ” tarix-mədəniyyət qoruqları tərəfindən hazırlanan “Qafqaz Albaniyasının qəbirüstü abidələri: daşyonma sənətinin plastikası” adlı məruzə də təqdim olunub.
   Məqalədə “Avey” və “Keşikçidağ” qoruqları ərazisində, xüsusilə Göyəzən dağının ətəyində aşkar edilmiş qədim qəbir və Ceyrançöl ərazisində arxeoloji qazıntılardan əldə edilmiş maddi-mədəniyyət nümunələrindən və digər abidələrdən bəhs edilib. 

medeniyyet.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих