BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » “Sən yadıma düşəndə”

“Sən yadıma düşəndə”

6 aprel 2018

   Elza İbrahimovanın sevilən mahnıları tələbələrin ifasında
   Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) və Beynəlxalq Muğam Mərkəzinin “Yeni nəsil dəvət edir” birgə layihəsi çərçivəsində aprelin 4-də görkəmli bəstəkar Elza İbrahimovanın yaradıcılığına həsr olunan “Sən yadıma düşəndə” adlı konsert keçirilib. Konsertdə tələbələr bəstəkarın sevilən mahnılarını ifa ediblər.
   Tədbirdə bəstəkarın unudulmaz və dilləri əzbəri olan “Bakının işıqları”, “Sənsizliyin içində”, “Ey Vətən”, “O gözlər”, “Sevgilim, tut əlimdən”, “Bilməzdim”, “Sən yadıma düşəndə”, “Qurban verərdim”, “Səslə məni”, “Daha məndə dözüm yox”, “Unuda bilməzsən”, “Gecələr bulaq başı”, “Gəl barışaq”, “Sən bir nəğmə, mən bir nəğmə”, “Mehribanım” və digər mahnıları səsləndirilib.
   İfaçıları ADMİU-nun xalq çalğı alətləri ansamblı və Xalq artisti, professor Zamiq ƏIiyev müşayiət edib. Konsertin bədii rəhbəri isə Estrada sənəti kafedrasının müdiri Məryəm Babayevadır.

medeniyyet.az

скачать dle 10.4 UTF-8Forex для начинающих