ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » “Şahdağ” Turizm Mərkəzi əlaqələrini genişləndirir

“Şahdağ” Turizm Mərkəzi əlaqələrini genişləndirir

 

23 aprel 2018

“Şahdağ” Turizm Mərkəzi Qapalı Səhmdar Cəmiyyəti (QSC) və “Şimali Qafqaz Kurortları” Səhmdar Cəmiyyəti (SC) arasında əməkdaşlıq və qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, memorandumun imzalanmasında əsas məqsəd hər iki regionun turizm potensialının inkişaf etdirilməsi yönündə iki qurum arasında əməkdaşlığın və qarşılıqlı səmərəli işgüzar əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda, təcrübə mübadiləsinin həyata keçirilməsidir.

Memorandum çərçivəsində dağ-xizək kurortlarının istismarı, qış və yay aylarında ilboyu fəaliyyət göstərən kurortların inkişafı, xizək mövsümünün uzun müddətli olması üçün süni qar örtüyünün yaradılması texnologiyaları, kurortlarda keyfiyyət standartlarının tətbiq edilməsi, birlikdə marketinq araşdırmalarının aparılması nəzərdə tutulub.

Eyni zamanda, yay istirahət proqramlarının hazırlanması, kurortlarda mühüm tədbirlərin, o cümlədən beynəlxalq yarışların keçirilməsi, qarşılıqlı əməkdaşlıq istiqamətlərindən biri kimi müntəzəm olaraq kurortlara dair statistik məlumatların mübadiləsi istiqamətində birgə işlərin aparılması razılaşdırılıb. Eləcə də daxili və xarici bazarda turizm məhsullarının təşviqi və təbliğatı məqsədilə hər iki qurum tərəfindən birgə addımların atılması planlaşdırılır.

скачать dle 10.4 UTF-8Forex для начинающих