BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qubada itkin düşmüş üç alpinistin cəsədləri tapılıb

Qubada itkin düşmüş üç alpinistin cəsədləri tapılıb

 

16-17 may 2018

Ötən il dekabrın 27-də Quba rayonunun dağlıq ərazisində itkin düşmüş alpinistlərin cəsədləri tapılıb.

AZƏRTAC xəbər verir ki, alpinistlərin axtarışları ilə əlaqədar yaradılan Əməliyyat Qərargahının bu barədə açıqlamasında ötən il dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının iştirakı ilə aparılan və hazıradək davam edən axtarışlar nəticəsində mayın 16-da saat 18:00 radələrində axtarış işlərinin aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyənləşdirilib. Həmin ərazidən bir kişi cəsədi tapılıb. Saat 19:00 radələrində isə daha bir kişi və bir qadın cəsədi tapılıb.

 

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş alpinistlərdən Babur Hüseynov dəfn edilib. 

“Report” xəbər verir ki, B.Hüseynovun nəşi Astara şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Mərasimdə mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Quba rayonunda meyiti tapılan alpinist Namin Nizami oğlu Bünyatzadə dəfn edilib.

N.Bünyatzadə Şəmkir rayonunun Çinarlı qəbiristanlığında atasının yanında dəfn edilib. 

Dəfn mərasimində mərhumun yaxınları, ailə üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib. 

İtkin düşmüş alpinist Fəridə Cəbrayılzadə dəfn edilib.

“Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadə Masallı rayonunun Şərəfə kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.

Dəfn mərasimində mərhumun yaxınları və kənd sakinləri iştirak edib.

скачать dle 10.4 UTF-8Forex для начинающих