BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şabran tarixi qoruğuna əcnəbi qonaqlar da maraq göstərir

Şabran tarixi qoruğuna əcnəbi qonaqlar da maraq göstərir

 

27 iyul 2018

Şabran rayonu ərazisindəki qədim şəhər yeri qalıqları 2003-cü ildə tarix-memarlıq qoruğu elan edilib. Məkanın magistral yolun yaxınlığında yerləşməsi buraya əcnəbi qonaqların da marağını artırır. Qoruq ərazisində XII əsrdə məşhur şair Xaqani Şirvaninin də həbsdə saxlanıldığı qədim qalanın qalıqları xüsusilə maraq doğurur.

“Şabran şəhəri” qoruğunun əməkdaşı Şirəli Şirəliyev bildirib ki, gələcəkdə qədim şəhərin qalıqları üzərində kompleksin yaradılması nəzərdə tutulub. Bu, qoruğa daha çox yerli, həm də xarici ziyarətçinin gəlməsinə şərait yaradacaq.

Onları məlumatlandırmaq üçün Azərbaycan, ingilis və rus dillərində bukletlər, məlumat kitabçaları təqdim olunacaq.

 

medeniyyet.az

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих