BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şabranlı şəhid baş gizir Mirbala Rəsulov

Şabranlı şəhid baş gizir Mirbala Rəsulov

 

16 dekabr 2020

 

Baş gizir Mirbala Rəsulov 1989-cu ildə Şabranın Rəhimli kəndində doğulub. Əsgərlikdən qayıtdıqdan sonra Xüsusi Təyinatlı Qüvvələrdə çalışmağa başlayıb. 10 ilə yaxındır xidmətdə olan gizir Aprel döyüşlərində iştirak edib, Vətən müharibəsinin ilk günündən isə qızğın döyüşlərə atılıb.

Mirbala Rəsulov Cəbrayıl, Füzuli və Zəngilan şəhərlərində üçrəngli bayrağımızı dalğalandıran qəhrəmanlardan biridir. Oktyabrın 5-də yaralı yoldaşlarını döyüş meydanından çıxararkən snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib. 

скачать dle 10.4 UTF-8Forex для начинающих