ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Vətən müharibəsinin qaziləri

Vətən müharibəsinin qaziləri

 

18 noyabr 2020

 

Bu xəbərin qəhrəmanları Qarabağ uğrunda gedən savaşlarda düşmənə qan udduran qazi qardaşlardır. Babayevlər ailəsindən olan bu iki gənc yaralı olmalarına baxmayaraq sonacan vuruşub. Vətən müharibəsində əldə etdiyimiz tarixi qələbədə payı olan igidləri siz də tanıyın.

Qubanın Alpan kəndindən olan Murad və Cavad Babayev qardaşları Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıblar. Qardaşların hər ikisi torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərdə yaralanıb. Murad Füzulidə, Cavad isə Hadrutda düşmən gülləsinə tuş gəlib, amma sağ qalıblar. Gizir Murad Babayev 2016-cı ilin Aprel döyüşlərində də yaralanmışdı. Daha bir Qarabağ qazisi Elsevər Söhbətov da Alpan kəndinin yetirməsidir. O, Xocavənd uğrunda gedən gərgin döyüşlərdə ayağından yaralanıb.   

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə leytenant Elsevər Çingiz oğlu Söhbətov “İgidliyə görə” medalı ilə təltif edilib.  

скачать dle 10.4 UTF-8Forex для начинающих