BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Siyəzənli igid - Elnur Qafarov

Siyəzənli igid - Elnur Qafarov

 

1 fevral 2021-ci il

 

Vətən müharibəsi şəhidi Elnur Qafarov 1981-ci ildə Siyəzən şəhərində doğulub. O, yeddi ildən çoxdur ordu sıralarında xidmət edirdi. Aprel döyüşlərinin iştirakçısı olub. Müharibəsi başlayanda yenidən silaha sarılaraq cəbhəyə yollanıb. Elnur səngərdə döyüşməklə yanaşı peşəkar sürücü kimi şiddətli döyüşlərin getdiyi ərazilərdən qənimət götürülən zirehli və digər döyüş texnikaların çıxarılmasına cəlb olunub. Daim güllə və mərmi yağışının altında olan Elnur dəfələrlə ölümlə üz-üzə gəlib. Elə buna görə də evə hər zəngində ailəsi ilə sonuncu dəfə danışırmış kimi sağollaşıb.

Elnur Qafarov ailəli idi. Onun yadigarları Pərvizin 11, Gülayın isə 8 yaşı var.

Elnur Qafarov Cəbrayıl və Füzuli istiqamətində düşmən müdafiəsinin yarılmasında fəal iştirak edib. Qəhrəman döyüşçü ölümündən sonra “Vətən Uğrunda” medalı il təltif olunub.

скачать dle 10.4 UTF-8Forex для начинающих