ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
» » Ölümündən sonra 4 medalla təltif olundu

Ölümündən sonra 4 medalla təltif olundu

 

9 fevral 2021-ci il

 

Şəhid Cəlil Məmmədov Fizuli cəbhəsindən Şuşayadək qızğın döyüşlərin iştirakçısıdır. 21 yaşlı  qəhrəman noyabrın 8-i Şuşa uğrunda həlledici döyüşdə şəhidlik zirvəsinə ucalıb. Cəlil ölümündən sonra Fizulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə və Vətən Uğrunda medalları ilə təltif edilib.

Cəlil Məmmədov 1999-cu ildə Qubanın Qonaqkənd qəsəbəsində dünyaya göz açıb. Orta məktəbi və Quba Sosial-İqtisadi kollecini müvəffəqiyyətlə başa vurub. Əsgərlikdən qayıtdıqdan sonra ali məktəbə qəbul olmağı arzuluyurdu. Cəlil evin böyük oğlu idi. Onun iki kiçik qardaşı var. 

Şəhidin atası Qəhrəman Məmmədov:

- Füzuli döyüşlərindən başlayaraq ta Şuşayadək döyüşlərdə iştirak edib. Müharibənin bitməsinə bir neçə saat qalmış yaralı komandirini atəş altından çıxararkən şəhid olub. 

Şəhidin anası Məkan Məmmədova:

- Füzulidə, Xocavənddə döyüşdü, Şuşada şəhid oldu. Savadlı idi, təhdsilini ali məktəbdə davam etdirməyi, müəllim olmağı istəyirdi. Arzuları, məqsədləri çox idi, hamısı yarıda qaldı.

Şəhidin qardaşı İntiqam Məmmədov:

- Həmin bizə yaxşı oxumağı məsləhət görürdü. Əsgərliyə ikimizi də çağırmışdılar, sonra onu apardılar, mən qaldım. Deyirdi ki, eybi yox, mən torpaqlarımızı alıb qayıdaram. 

Şəhidin babası Ramiz Novruzəliyev:

- O həmişə fərqlənirdi, məktəbdə də, kollecdə də. Həmişə onun xoş xəbərlərini eşidirdik. 

Cəlil 2020-ci il noyabrın 12-də Qon aqkənd qəsəbə qəbiristanlığında dəfn olunub. Vətən müharibəsində bu qəsəbənin üç qəhrəman oğlu şəhid olub. Allah rəhmət eləsin! 

скачать dle 10.4 UTF-8Forex для начинающих