BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Kaliforniyada Muğam musiqisinə abidə ucaldılacaq

Kaliforniyada Muğam musiqisinə abidə ucaldılacaq

 

19 fevral 2021-ci il

 

ABŞ-ın Kaliforniya ştatının Monterey şəhərində Muğam musiqisinə abidə qoyulacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Monterey-Lənkəran Dostluq Assosiasiyasının icraçı direktoru, Şəhər Şurasının sabiq üzvü Nensi Selfric New Diaspora of Azerbaijan’da yayımlanan reportajda bildirib. 

 

Jurnalist Minarə Xəlilovanın hazırladığı videomaterialda qeyd olunur ki, Lənkəranla Montereyin qardaşlaşması 2011-ci ildə baş tutub, qarşlıqlı səfərlərdən sonra müvafiq sənədlər imzalanıb və əlaqələr bundan sonra inkişaf etməyə başlayıb. 

 

2013-cü ildə Montereyin mərkəzi parklarından birini dostluq parkına çevrilərək burada qardaş şəhərləri təmsil edən lövhələr qoyulub. Yaxın vaxtlarda isə bu parkda Azərbaycanın milli musiqisi olan muğama aid heykəlin ucaldılması nəzərdə tutulur. 

 

Monterey və Lənkəran şəhərləri arasında münasibətlərin müxtəlif layihələrlə daha da gücləndirilmək və inkişaf etdirilmək niyyətində olan Nensi Selfric Lənkəranda, Xəzərin sahilində də belə bir dostluq parkının yaradılmasını arzulayır.

 

Qeyd edək ki, qədim şəhərlərdən biri olan Monterey 19-cu əsrə qədər Kaliforniyanın paytaxtı olub. Hazırda 30 minə yaxın əhalisi olan bu şəhər Kaliforniyanın ictimai, siyasi və mədəni həyatında önəmli rola malikdir. 

 

https://www.facebook.com/DiasporaofAzerbaijan/posts/537119880567570

 

скачать dle 10.4 UTF-8Forex для начинающих