BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Dörd bacının tək qardaşı, şəhid Murad Məmmədov

Dörd bacının tək qardaşı, şəhid Murad Məmmədov

 

1 mart 2021-ci il

 

Şəhid Murad Məmmədovun döyüş kadrları Azərbaycan Müdafiə nazirliyinin yaydığı ilk görüntülər idi.

Murad Məmmədov 1995-ci ildə Qusarın İmamqulukənd kəndində anadan olub. Vətən müharibəsi şəhidi 4 bacının yeganə qardaşı, ailənin sonbeşiyi idi.  Atası erkən vəfat edən Murad əsgərlikdən sonra da orduda qalmaq qərarına gəlir.

Anası Cəminət Məmmədova:

- Yola salan günü dedim ki, Mudar, gəl səni qucaqlayım, bəlkə mən ölüb gedərəm, səni bir də görmərəm. Dedi ki, ana, arxayın ol, məni qucaqlama, gedib darvazanın yanında dayandı, dedi ki, gözlərimə bax, qoy gözlərim sənin gözlərinin içində qalsın. Axırıncı dəfə oktyabrın 7-də danışmışıq onunla. Bundan üç gün sonra - oktyabrın 10-da günorta şəhid olub.  

Murad üç il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi vətən torpaqlarını qoruyurdu. Müharibənin ilk günündən isə düşmən üzərinə atılan hərbi qruplarda yer almışdı.

Bacısı Alena Məmmədova:

- Telefonla danışanda dedi ki, biz döyüşə hazırlaşırıq, amma anama heç nə demə. Mən fəxr edirəm ki, belə qardaşım var, o, qəhrəman kimi döyüşüb, Vətən uğrunda şəhid olub. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Bacısı Həlimə Seyxanova:

- Telefonda həmişə deyərdi ki, hər şey yaxşıdır. Siz narahat olmayın, anamdan, özünüzdən muğayat olun, biz qələbə çalacağıq deyirdi. Murad Məmmədov oktyabrın 10-da Suqovuşan istiqamətində gedən döyüşdə şəhidlik zirvəsinə ucalıb. Onunla birlikdə Suqovuşan döyüşlərində iştirak edən dayısı oğlu isə yaralanıb.

Dayısı oğlu Orxan Əbiyev:

- Dörd gün Goranboy ərazisində döyüşdük. Sonradan Suqovuşana aparıldıq. Orada Murad artilleriya zərbəsi nəticəsində şəhid oldu.

Bacıları Muradın toyunu səbrsizliklə gözləyirdi. Amma qəhrəman döyüşçü öncə vətən deyib silaha sarıldı.

Şəhid Murad Məmmədov ölümündən sonra "Laçının azad edilməsinə görə" və "Vətən uğrunda" medalları ilə təltif edilib.

shimal.arbtv.az

 

скачать dle 10.4 UTF-8Forex для начинающих