BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Şabranlı şəhid kəşfiyyatçı

Şabranlı şəhid kəşfiyyatçı

 

29 may 2021-ci il

 

Hikmət Vidadi oğlu Qasımov 11 fevral 1990-cı ildə Şabran (keçmiş Dəvəçi) rayonunun Çöl Quşçu kəndində anadan olub. İyul döyüşləri zamanı Ali Baş Komandanın çıxışından sonra könüllü olaraq Milli Orduya yazılıb. 28 sentyabr 2020-ci ildə könüllü olaraq Vətənin müdafiəsinə yollanıb. O, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Xocavənd uğrunda gedən əsl hünər, rəşadət və qəhrəmanlıq göstərib.

Ən çətin əməliyyatlarda iştirak edən kəşfiyyatçı, döyüş yoldaşlarının “Qoca” adlandırdığı Hikmət Qasımov 24 oktyabrda yaralı yoldaşlarını döyüş meydanından çıxararkən düşmənin artilleriya atəşinə tuş gəlir, şəhidlik zirvəsinə ucalır.

 

 

Şəhidin atası Vidadi Qasımov:

- Gedib arxa tərəfdən girib səngərə, iki erməninin boynunun ardından bıçaqla vurub, onların silahları ilə ermənilərə atəş açıb. Ermənilər panikaya düşüb qaçmağa başlayıblar.

Şəhidin anası Kamilə Qasımova:                   

- O həmişə deyirdi ki, mənim əmilərim vuruşda olublar (onun əmiləri Vahid və Fəqani Qasımovlar 1992-ci ildə müharibədə iştirak ediblər). Zarafatla həmişə deyirdi ki, siz almamısınız, mən o torpaqları alacam. Elə də oldu. Hikmət torpaqlarımızın azadlığı uğrunda şəhid oldu.

Şəhidin bacısı Ülkər Qasımova:

- Hikmət dost üçün canından keçən bir insan idi. O, bunu vətəni üçün də etdi, müharibədə canından, qanından keçdi. Mən çox şadam ki, bu Qələbədə bizim ailəmizin də payı var.

Şəhidin dayısı Fərhad Məmmədov:

- Düşmən kəşfiyyatçılarının məhv edilməsində, eləcə də Füzuli şəhərindən düşmənin qoyub qaçdığı hərbi texnikanın çıxarılmasında fəal iştirak edib. Daha sonralar isə Qubadlı uğrunda gedən döyüşlərdə cəsurluqla vuruşdu. Son döyüşü isə Xocavənd istiqamətində oldu.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamları ilə Hikmət Vidadi oğlu Qasımov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunub.  

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих