BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Alimlərimizin məqaləsi Gürcüstanda nəşr olunub

Alimlərimizin məqaləsi Gürcüstanda nəşr olunub

22 oktyabr 2021-ci il

 

Qori Dövlət Tədris Universitetinin 2020-ci ildə təşkil etdiyi “Qafqazda sülh axtarışları” mövzusunda beynəlxalq simpoziumun materialları çap olunub. 

Kitabda Qafqazşünaslıq İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Musa Qasımlının “Cənubi Qafqazdakı münaqişələrə Rusiya, Türkiyə və İranın yanaşması”, institutun şöbə müdirləri t.ü.f.d., dosent Elnur Kəlbizadənin “İran İslam Respublikasının Qafqaz siyasətində Ermənistanın yeri və rolu”, Günel Musayevanın “Ermənistanın Azərbaycanın neft və qaz kəmərlərinə hücum cəhdi”, Samirə Həbibbəylinin “Azərbaycan-Türkiyə-Gürcüstan üçtərəfli əməkdaşlığı regional sabitlik amili kimi” adlı məqalələri nəşr olunub.

Nəşrdə Gürcüstan, Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna və Polşadan  21 alimin məqaləsi yer alıb.

science.gov.az

скачать dle 10.4 UTF-8Forex для начинающих