BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Yeni Komando briqadasının komandiri həmyerlimizdir

Yeni Komando briqadasının komandiri həmyerlimizdir

25 dekabr 2021-ci il

 

24 dekabrda Hadrutda Azərbaycan Ordusunun yeni silahlı birləşməsi olan Komando Briqadasının hərbi hissəsinin açılışı olub.

“Kriminalqafqaz”ın məlumatına görə, açılış mərasimində 218-ci Komando Briqadasının komandiri polkovnik Elşən Sanayev döyüş bayrağını almaq üçün gəlib.

O, Ali Baş Komandana raport, briqadaya isə komanda verib.

Məlumat üçün bildirək ki, polkovnik Elşən Sanayev Vətən müharibəsində iştirak edib. O, polkovnik rütbəsini də elə II Qarabağ müharibəsindən sonra alıb. Elşən Sanayev hərbi hissə komandiri olub.

Elşən Sanayev Vətən müharibəsindən sonra “Döyüşdə fərqlənməyə görə”, Cəbrayılın, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif olunub. 

Qusar rayonunda anadan olan Elşən Tərlan oğlu Sanayevin 45 yaşı var.

скачать dle 10.4 UTF-8Forex для начинающих