Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Qaraçay üzərində yeni körpü tikilir
31-08-2025, 12:34 · Xəbərlər · 269 baxış

Qaraçay üzərində yeni körpü tikilir

31 avqust 2025-ci il

 

Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün inşası aparılır.

Shimal.News xəbər verir ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur. Hazırda layihə üzrə körpü tirlərinin quraşdırılması, betonlama işləri, çay yatağında istinad divarı və mühafizə bəndinin tikintisi davam etdirilir.

Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub.