Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Qubada Şəhidlər Xiyabanı yenidən qurulur
1-09-2025, 15:06 · Xəbərlər · 297 baxış

Qubada Şəhidlər Xiyabanı yenidən qurulur

31 avqust 2025-ci il

 

Quba şəhərindəki Şəhidlər Xiyabanı əsaslı şəkildə təmir olunur. Rayon ictimaiyyətinin ən çox ziyarət etdiyi müqəddəs məkanlardan biri olan xiyabanda abadlıq və yenidənqurma işlərinə start verilib.

Shimal.News məlumat verir ki, təmir çərçivəsində xiyabanın ərazisi tam yenilənəcək. Birinci Qarabağ müharibəsi və Vətən müharibəsi şəhidlərinin büstləri vurulacaq. Giriş qapısı, ziyarətçilər üçün nəzərdə tutulan sahələr və işıqlanma sistemi də müasir tələblərə uyğun qurulacaq.

Təmirin 27 sentyabr – Anım Gününə qədər yekunlaşdırılması planlaşdırılır. Məqsəd şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və ziyarət üçün daha yaxşı şəraitin yaradılmasıdır.