Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb
23-05-2016, 12:24 · Gündəlik xəbərlər · 1 560 baxış

Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb

Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb
Ötən gün Quba-Xınalıq yolunda baş verən dağ uçqunu nəticəsində bağlanan yol açılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, 15-20 tonluq qaya parçaları yolun 37-ci km-lik hissəsindən götürülüb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə bərpa olunub.

SAAT 12:29

Quba. Vəli Turan - APA. Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 37-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.