Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Plastik qablar sağlamlığa ziyan vurur
3-08-2016, 08:39 · Gündəlik xəbərlər · 1 891 baxış

Plastik qablar sağlamlığa ziyan vurur

Plastik qablar sağlamlığa ziyan vurur
Alimlər plastik qabların insan orqanizminə təsirini araşdırıblar.

AZƏRTAC “Vista News” saytına istinadla xəbər verir ki, tədqiqatlar zamanı plastik qabların tərkibində Bisfenol-A adlı zərərli maddənin olduğu aşkar edilib. Eyni maddənin plastik qablarda çoxlu miqdarda içki qəbul edən insanların qanında da tapıldığı bildirilir. Bu qablardan istifadə zamanı zərərli maddə insan orqanizminə sorulur. Elmi sınaqda iştirak edən insanların 95 faizinin orqanizmində Bisfenol-A aşkarlanıb. Bu qablardan dörd gün istifadə etmədikdə maddənin iki dəfə azaldığı müşahidə edilib.

Alimlərin sözlərinə görə, bu tip qablar günəş isitməsi və ya təkrar istifadədən sonra daha təhlükəlidirlər.