Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar
13-10-2016, 11:02 · Gündəlik xəbərlər · 1 414 baxış

İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar

İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar
Bakı, 12 oktyabr, AZƏRTAC
İsrailin Təbiət və Humanitar Elmlər Akademiyasının icraçı direktoru Meir Zadok və Veyzman İnstitutunun immunologiya fakültəsinin professoru Rut Arnon Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olublar.
RSXM-dən bildiriblər ki, qonaqlarla keçirilən görüşdə mərkəzin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mərkəzdə görülən işlər, aparılan kompleks seysmoloji tədqiqatlar və əldə olunan nailiyyətlər barədə məlumat verib. Vurğulanıb ki, hazırda mərkəz bütün beynəlxalq seysmoloji təşkilatlarda təmsil olunur və dünyanın aparıcı ölkələri ilə yaxından əməkdaşlıq edir.
Sonra RSXM-də görülən işlərə dair təqdimat olub.
Azərbaycanda seysmologiya sahəsində görülən işləri müsbət dəyərləndirən qonaqlar mərkəz ilə əməkdaşlıqda maraqlı olduqlarını bildiriblər.
İsrailli mütəxəssislər seysmologiya sahəsində Azərbaycan ilə əməkdaşlıqda maraqlıdırlar