Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək
3-11-2016, 14:17 · Gündəlik xəbərlər · 1 763 baxış

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək

Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək
Bakı. 3 noyabr 2016.
Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Bayraq yürüşü” keçiriləcək.
Nazirlikdən “Report”a verilən məlumata görə, noyabrın 5-də olacaq yürüyüş "Azneft dairəsi"ndən başlayıb Dövlət Bayraq Meydanına qədər davam edəcək.
Belə ki, 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən yürüşdə Təhsil Nazirliyinin, nazirliyin tabeliyindəki qurumların əməkdaşları, deputatlar, ali təhsil müəssisələrinin rektorları, tanınmış ziyalılar, QHT nümayəndələri, müəllim, tələbə və şagirdlər iştirak edəcək.
Yürüşün keçirilməsində əsas məqsəd milli atributların təbliği, gənclər arasında vətənpərvərlik hisslərinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.