Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Qax rayonunun dağlıq ərazilərinə qar yağır
14-12-2016, 15:20 · Gündəlik xəbərlər · 1 689 baxış

Qax rayonunun dağlıq ərazilərinə qar yağır

Qax rayonunun dağlıq ərazilərinə qar yağır
Qax, 14 dekabr 2016, Mustafa Dadaşov
Dekabrın 14-də səhər saatlarından başlayaraq Qax rayonunun dağlıq və dağətəyi ərazilərinə intensiv qar yağır.
AZƏRTAC xəbər verir ki, yerli icra nümayəndəliklərindən verilən məlumata görə, hazırda Sarıbaş kəndində qarın qalınlığı 15-20 santimetr, İlisuda 10, Qaşqaçayda 7-8, Ağçayda 5, Qaxbaş kəndində isə 3-4 santimetr təşkil edir. Yağan qar nəqliyyatın hərəkətində, yaşayış məntəqələrinin elektrik enerjisi və təbii qazla təminatında heç bir problem yaratmayıb.
Qax rayonunun dağlıq ərazilərinə qar yağır
Qax rayonunun dağlıq ərazilərinə qar yağır