Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib

Xaçmaz. 15 yanvar 2017
Xaçmazda kiqboksinq üzrə şimal birinciliyinə start verilib.
Xaçmaz komandasının baş məşqçisi Ramin Nəcəfovun "Report"a verdiyi məlumata görə, yarış Ümumxalq Hüzn Günü olan 20 Yanvar faciəsinin 27-ci ildönümünə həsr olunub.
İdman turnirində Bakı şəhərindən, Quba, Qusar, Şamaxı və Xaçmaz rayonlarından 200-ə yaxın idmançı iştirak edir. Birincilik 1999-2011 təvəllüdlü yeniyetmə və gənclər arasında keçirilir.
Yarış bir gün davam edəcək.