Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb
20-02-2017, 14:32 · Gündəlik xəbərlər · 1 534 baxış

Birləşmiş Ərəb Əmirliklərinə qar yağıb

20 fevral 2017

Əbu-Dabi. 20 fevral. REPORT.AZ/ Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xayma əmirliyinə qar yağıb.

"Report"un Əbu-Dabiyə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, yerli sakinlər qarın əmirliyin dağlıq ərazilərinə yağdığını bildiriblər.

Qeyd edək ki, bugünlərdə BƏƏ-də region üçün qeyri-adi soyuq hava müşahidə olunur. Şimaldan gələn siklon nəticəsində havanın temperaturu 10 dərəcədən çox azalıb.

Eyni zamanda, bu gün Dubay və Əbu-Dabi şəhərlərində qısamüddətli yağış yağıb.