Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir
28-02-2017, 12:02 · Gündəlik xəbərlər · 1 281 baxış

ABŞ Aya turist uçuşu təşkil etmək niyyətindədir

28 fevral, 2017

ABŞ-ın "SpaceX" şirkəti 2018-ci ilin sonunda Ay ətrafına bir həftəlik iki kosmik turist göndərməyi planlaşdırır.

"Report" xəbər verir ki, səyahət sınaq uçuşları bu ilə planlaşdırılan ağır "Falcon Heavy" raket daşıyıcısının köməkliyi ilə "Dragon 2" gəmisi vasitəsilə həyata keçiriləcək.

"SpaceX" turistlərin adını açıqlamayıb. Ay səthinə enmə planlaşdırılmır. Turistlərin uçuşa görə vəsaitin əsas hissəsini ödədikləri bildirilir.