Los-Ancelesdə Azərbaycan-ABŞ diplomatik əlaqələrinin 25 illiyinə həsr olunan poçt markası buraxılıb

8 mart 2017, Vaşinqton
Azərbaycan ilə ABŞ arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə ABŞ-ın Los-Anceles şəhərində müvafiq poçt markası buraxılıb.
ABŞ-ın Federal Poçt Xidməti tərəfindən təsdiq olunmuş və bütün ölkə ərazisində istifadə gücünə malik poçt markasının üzərində Azərbaycan və ABŞ bayraqları əks olunub, “Azərbaycan–ABŞ. 25 illik dostluq. 1992-2017” sözləri qeyd edilib.
Markanın buraxılması Azərbaycanın Los-Ancelesdəki baş konsulluğunun təşəbbüsü və dəstəyi ilə baş tutub.
Baş konsulluq markanın ABŞ-da geniş şəkildə yayılmasını planlaşdırır.
Yusif Babanlı
AZƏRTAC-ın xüsusi müxbiri