Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Gündəlik xəbərlər » Avropada yeni qalmaqal — Litvanın müstəqillik aktı alman arxivlərində tapıldı
1-04-2017, 21:41 · Gündəlik xəbərlər · 1 092 baxış

Avropada yeni qalmaqal — Litvanın müstəqillik aktı alman arxivlərində tapıldı

 

30 mart 2017

Litva Almaniyanın baş naziri Angela Merkeldən müstəqilliyin bərpası haqqında 1918-ci ildə imzalanmış aktı qaytarmağa kömək etməyi xahiş edib.

"Ölkə.Az" xəbər verir ki, sözügedən sənəd Almaniyanın xarici işlər nazirliyinin diplomatik arxivində aşkarlanıb. Litva prezidenti Dalya Qribauskayte Merkelə məsələyə yardım etməsi üçün müraciət edib. Sənəd 1918-ci ilin 16 fevral tarixində imzalanıb və Litvanın müstəqilliyinin bərpasına aiddir.

Dalya deyib: "Artıq baş nazirlik bürosu ilə əlaqə saxladıq. Sənədin Litvaya qaytarılması imkanlarını öyrənməyi xahiş etdik".

Uzun illər itirildiyi bilinən sənəd Almaniyanın Berlin şəhərində professor tərəfindən Almaniya xarici işlər nazirliyinin arxivində tapılıb.