Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Xəbərlər » Şahdağ xalqları... "Etnik həmtəvənlərimiz"
Dünən, 22:21 · Xəbərlər · 3 baxış

Şahdağ xalqları... "Etnik həmtəvənlərimiz"



Azərbaycan qədim tarixə, zəngin mədəni irsə malik olan bir ölkədir. Əlverişli təbii-coğrafi mövqeyi tarixin müxtəlif dövrlərində bir sıra qədim tayfa və xalqların burada məskunlaşmasına səbəb olmuşdur. Qərblə Şərq arasında körpü olan bu ərazilərə köç edən xalqların hər biri Azərbaycan etnomədəni mühitinin, Azərbaycan xalqının etnososial birliyinin formalaşmasına özünəməxsus rəng qatmışdır. Bununla da onlar Azərbaycan mənəvi irsinin daha da zənginləşməsinə öz töhfələrini vermiş, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinin tərkib hissəsinə çevriliblər. Nəticədə Azərbaycan həm də «etnoqrafik xəzinələr muzeyi» kimi tanınıb.


Bəzi xalqlar var ki, qloballaşma şəraitində onların unikal etnik özəllikləri əriyib yox olmaq təhlükəsi ilə üz-üzədir. Azərbaycanın etnik cəhətdən rəngarəng bölgələrindən olan Qubada, bir-birindən möhtəşəm dağ silsilələri ilə ayrılan, sıldırım qayalıqlar və möhtəşəm konyonlarla əhatə edilmiş, dəniz səviyyəsindən 2000 metr yüksəklikdə, Şahdağın ətəklərində salınmış Xınalıq, Buduq, Qrız, Hapıt kəndlərində məskən salan xınalıqlılar, buduqlular, qrızlılar və qrız etnosuna aid edilən hapıtlılar, ceklilər, əliklilər, yerguclülər belə et- noslardandır. Məskunlaşdıqları ərazilərə görə tarixşünaslıqda və etnoqrafiyada «Şahdağ qrupu» və ya «Şahdağ xalqları» kimi təsnif edilən bu xalqlar yalnız Azərbaycanda yaşayır və bura onların tarixi vətənləridir. Tarix boyu müxtəlif xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin mövcud olduğu Azərbaycanın təbii-tarixi təşəkkül prosesində iştirak edən bu xalqların hər biri ümumazərbaycan mədəniyyətinin ortaq sahibinə çevrilib. Bununla da “azərbaycanlılar” adı altında qəbul edilən vahid birliyin özülü qoyulmuş və onun tərkibinə aparıcı türk amili ilə yanaşı Azərbaycanda məskunlaşmış bütün xalqlar daxil olub.

Şahdağın ətəklərinə yayılmış Qrız, Buduq kəndləri, xüsusilə də Şahdağın ən yüksək zirvəsində, dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən Xınalıq kəndi dağların arasında mühafizə edilmiş canlı tarix səhifələridir. Şahdağ xalqlarının məskunlaşdıqları Xınalıq, Qrız, Buduq, Hapıt kimi kəndlər həm dağların əsrarəngiz gözəlliyi, həm də yaşayış evlərinin tarixi memarlıq quruluşu, xüsusilə burada məskunlaşan etnosların unikallığı baxımından təbiətin dağların qoynunda yaratdığı canlı etnoqrafik muzey, tarixin və təbiətin yaratdığı özünəməxsus bir qoruq təsiri bağışlayır. Şahdağın qoynuna sığınmış bu kəndlər sıldırım qayalıqlar, dərin dərələr, Babadağ, Tufandağ və Bazardüzü kimi uca zirvələr, Şahyurdu, Şahdüzü, Şahbulağı, Şahnabadçay kimi əsrarəngiz təbiət guşələri ilə əhatə olunub. Qubanın mərkəzindən həmin kəndlərə uzanan dolama dağ yolları kəs- kin relyefli ərazilərdən, aşırımlardan keçir. Qrız kəndi dəniz səviyyəsindən 1800-1900 metr, Əlik kəndi 1500 metr, Hapıt kəndi 1500-1600 metr yük- səklikdə yerləşir. Rekord isə Xınalıq kəndinə məxsusdur - təqribən 2300 metr. Uzun zamanlar demək olar ki, ətrafdan təcrid olunmuş vəziyyətdə ya- şayan xınalıqlılar, qrızlılar, buduqlular və s. nadir etnoqrafik xüsusiyyətlə- rini, dillərini, həyat tərzlərini, məişətlərini və adət-ənənələrini bu günədək qoruyub-saxlaya biliblər. Qeyd etmək lazımdır ki, XIX əsrdən etibarən müəyyən təbii-iqtisadi sə- bəblərdən Şahdağ xalqlarının bir qismi – qrızlılar, buduqlular, hapıtlılar, ceklilər, yergüclülər tədricən Xaçmaz, Ağdaş, Qəbələ kimi daha əlverişli coğrafi ərazilərə köç edərək onlarla yeni kəndlər, obalar salsalar da, yalnız xına- lıqlılar tarixən yaşadıqları kəndi tərk etməmiş və toplu halda yalnız Xınalıq kəndində öz yaşayışlarını davam etdiriblər.

Azərbaycan Respublikası etnik tərkibinin müxtəlifliyi ilə yanaşı, müasir dövrdə onların mədəni inkişafına göstərdiyi qayğı ilə də diqqəti cəlb edir. Dünyanın etnik xəritəsində yalnız Azərbaycanda qeydə alınmış bu nadir etnosların ana dillərinin, milli mədəniyyətlərinin, etnik özəlliklərinin qorunması dövlətin ümdə vəzifələrindəndir. Azərbaycanda yaşayan xalqlara, onların tarixinə və mədəniyyətinə dövlət qayğısını Prezident İlham Əliyevin 19 dekabr 2007-ci ildə xınalıq etnosunun və mədəniyyətinin qorunub-saxlanılması üçün Quba rayonunun Xınalıq kəndinin ərazisinin Dövlət Tarix-Memarlıq və Etnoqrafiya Qoruğu elan edilməsi ilə baglı verdiyi sərəncamda daha aydın görmək mümkündür.

Azərbaycan Respublikasında yaşayan şahdağlıların ümumi sayı təqribən 45 min nəfərdir. Tarixən Xınalıq, Buduq, Qrız, Haput, Cek, Əlik və Yergüc kəndlərində yaşayan, öz kəndlərinin adı ilə tanınan bu etnosların hər birinin özünəməxsus dili olub. Dilçi alimlərin araşdırmaları nəticəsində Şah- dağ kəndlərində xınalıq, buduq və qrız dillərinin hər birinin müstəqil dil, ha- pıt, əlik, cek və yergüc dillərinin isə qrız dilinin dialektləri olduğu müəyyən edilib. Şahdağ etnik qrupuna daxil olan etnosların da özlərinə verdikləri qədim ad və rəsmi etnonimlər fərqlidir. Belə ki, xınalıqlılar kəndlərini Ketiş, özlərini kəttid, əliklilər, qrızlılar özlərini hər, öz kəndlərini qqərəzər, dillərini qqərəzar, xınalıqlılar isə onları xoddad adlandırırlar. Buduqlular qrızlılara qerad və ya qerez deyirlər.

Şahdağ xalqlarının etnik mənşəyi ilə bağlı aparılan araşdırmalar bu etnos- ların Azərbaycanın qədim dövləti olan Qafqaz Albaniyasında məskunlaşan, Azərbaycanın, həmçinin Qafqazın qədim və orta əsr mədəniyyətinin əsas ya- radıcılarından sayılan alban tayfalarından olduqlarını söyləməyə əsas verir. Azərbaycan tarixində özünəməxsus izləri olan xınalıqlılar, qrızlılar, buduqlular müstəqil etnik qruplar kimi öz kəndlərinin adı ilə tanınsalar da, bu etnosların etnik özünüadlandırmasında qədim hər, qat kimi Qafqaz Albaniyasına məxsus etnonimlər özünü büruzə verir.

Antik mənbələrdə Qafqaz Albaniyasında məskunlaşan hər, qat tayfaları ilə bağlı məlumatlara rast gəlinməkdədir.7 Tədqiqatlar nəticəsində məlum olur ki, xınalıqlılar, buduqlular, qrızlılar erkən orta əsrlərdə Qafqaz Albaniyasının şimal-qərb sərhədlərində bir-birinin qonşuluğunda, Şəki, Kambisena kimi vi- layətlərin yaxınlığında yerləşən Xeni, Hereti, Bed mahallarında məskunlaşmış- lar. Bu etnoslar VI-VIII əsrlər boyu davam edən istilalardan qorunmaq üçün Tufan dağını aşaraq hazırda yaşadıqları Şahdağın ətəyindəki kəndləri salmış- lar. Xınalıqlılar və hapıtlılar arasında dolaşan əfsanələrdə də onların əcdadla- rının Tufan dağının o tayındakı Xeni və Hərnə şəhərlərindən gəldikləri söyləni- lir. Əhalinin «Tufan dağının o tayı» adlandırdığı ərazi isə müasir Azərbaycanın Şəki-Zaqatala bölgəsi ilə üst-üstə düşür. Qafqaz Albaniyası ərazisində məskun- laşan və antik yunan müəllifi Strabonun qeyd etdiyi Alban Tayfa İttifaqına daxil olan bu etnoslar vaxtilə Alazan və İori çayları vadisində yaşasalar da, sonralar müxtəlif tarixi hadisələr nəticəsində Azərbaycanın şimal-şərqinə köç etmiş, burada öz etnik mənsubiyyətlərini, dillərini, həyat tərzlərini, inanclarını qoruyub-saxlaya bilmişlər. Xınalıq, Qrız və Buduq kimi toponimlər isə əslin- də eyni adlı etnosun deyil, erkən orta əsrlərə aid mənbələrdə adı çəkilən və Qafqaz Albaniyasının şimal-qərbində yerləşən hər, qat tayfalarının yaşadıqları mahalların tarixi adlarını özündə əks etdirir. Qafqaz Albaniyası tayfalarının birbaşa varisləri olaraq etnik mənsubiyyə- tini günümüzədək qoruyub-saxlaya bilən bu etnosların da etnik ənənələrində, mifoloji təsəvvürlərində, folklorunda Qafqaz Albaniyasının mənəvi və mədəni irsinin qayğı ilə mühafizə edildiyinin şahidi oluruq. Şahdağ xalqları ilə Azər- baycan türklərinin ənənələrinin üst-üstə düşməsi ümumazərbaycan ənənələ- rinin qədim alban köklərindən xəbər verir və bu xalqların vahid etnomədəni məkanın varisləri olmasının sübutudur. Şahdağ xalqları öz məişətlərində qədim əcdadlarının – Qafqaz Albaniya- sı tayfalarının xristianlıqdan və islamdan öncə sitayiş etdikləri Günəş və Ay kimi səma cisimləri, həmçinin od, su, dağ, daş kimi cisim və təbiət qüvvələri ilə bağlı politeist inamlarının izlərini qoruyub-saxlamışlar. Bu gün də onlar, o cümlədən qrızlılar «Göy haqqı», «Günəş haqqı» deyib, səma cisimlərinə and içirlər. Günəşlə bağlı simvolik işarələrə Xınalıq, Buduq və Qrız kəndlərindəki evlərin xarici tərtibat elementləri içərisində də rast gəlmək olur. Eyni zamanda, Xınalıq və Qrız kəndlərində islamın Xəlvətiyə, Bektaşi, Nəqşibəndi kimi sufi təriqətləri ilə bağlı kitablar Anadolunun bu bölgə ilə bağlılığını göstərir.

Azərbaycan dili Şahdağ xalqları üçün də hər zaman ümumi ünsiyyət va- sitəsi olmuşdur. Hələ XVIII əsrdə alman mənşəli coğrafiyaşünas və etnoqraf Yohan Qerber Şahdağ xalqları arasında ikidilliliyin olduğunu qeyd etmiş, onla- rın, xüsusilə buduqluların və əliklilərin Azərbaycan dilindən istifadə etdiklərini bildirmişdir. Azərbaycan xalqının etnososial birliyinə daxil olan bu etnoslar bütövlükdə Azərbaycan etnomədəni mühitində formalaşaraq bölünməz Azər- baycan xalqının etnik tarixində əvəzsiz yer tutmuşlar.
Şahdağ xalqları Azərbaycanın bütün dağ kəndləri üçün səciyyəvi olan mal- darlıqla, həmçinin bu təsərrüfat sahəsindən doğan yun və gön-dəri emalı, toxu- culuq, xalçaçılıq kimi bir sıra sənətkarlıq sahələri ilə məşğul olmuşlar. XIX əsrə aid mənbələrdə bu xalqların mahud parça, müxtəlif çeşidli palazlar, xalça, yəhər, xurcun, corab, şal və s. toxuduğu bildirilir. XIX əsr müəlliflərinin qeyd etdiyi kimi, Şahdağ əhalisi üçün əsas var-dövlət xalça-palaz, yorğan-döşək və silah idi.12 Mənbələrdə onların silah istehsalı – tüfəng qundağı, qılınc, xəncər tiyəsi və qını, qiblənüma (müsəlmanlar üçün qiblənin yerini göstərən cib kom- pası) hazırlanması üzrə ixtisaslaşmaları haqqında da qeydlər vardır. Azərbaycan etnomədəni mühitində formalaşaraq Azərbaycan xalqının etnik tarixində özünəməxsus yer tutmuş Şahdağ xalqlarının tarixi-etnoqrafik və folk- lor ənənələri bu xalqların qədim alban tayfalarının varisləri olaraq Azərbaycan xalqının etnososial birliyinə daxil olan və Azərbaycan xalqının mənşəyinə da- yanan qədim soylardan olduğunu söyləməyə əsas verir.
Xınalıqlılar

Qubanın Xınalıq kəndi Azərbaycanın ən ucqar və əlçatmaz yaşayış məs- kənlərindəndir. Zirvəsi yay-qış qarlı olan möhtəşəm Şahdağın ən uca zirvə- sində yerləşən Xınalıq kəndi dağların arasında bəşər sivilizasiyasının dağı- dıcı qüvvəsindən qoruna bilmiş canlı tarixdir. Dəniz səviyyəsindən təqribən 2300 metr hündürlükdə, Qızıl qaya, Şahdağ, Tufandağ, Xınalıq kimi Qafqaz dağlarının əhatəsində, ən uca zirvədə bir evin damının, ondan yüksəkdə yer- ləşən digər evin meydançası olan terrasvari evləri ilə amfiteatrı xatırladan bu qədim dağ kəndi və burada məskən salmış xınalıqlılar bu təcridolunma sayə- sində təbiiliyini, özünəməxsus memarlıq quruluşunu və etnik ənənələrini bu günədək qoruyub saxlaya bilmişlər. 1836-cı ildə Zaqafqaziya (Cənubi Qafqaz) Baş İdarəetmə Şurasının üzvü Vasili Leqkobitov təqribən yeddi il ərzində Bakı və Quba quberniyalarında yerli xalqların məişəti və mədəniyyətinə dair məlumat toplamışdır. Həmin materiallar bu gün də zəngin etnoqrafik mənbə hesab olunur. V.Leqkobıtov xına- lıqlıları «əlçatmaz dağlar arasında yaşayan canlı tarix» adlandıraraq, onların «ucaboylu, gözəl üz cizgilərinə malik, sarışın, mavi gözlü» olduqlarını yazırdı. Qeyd etmək lazımdır ki, bu gün də xınalıqlılar eyni xarici görkəmə malikdirlər. Strabon da albanların hündürboylu və xoşsimalı olduqlarını qeyd edirdi.

Xınalıqlılar mənşə etibarilə Qafqaz Albaniyası tayfalarından olan qat və ya katların (kət) birbaşa varisləridirlər. Bu etnonim xınalıqlıların etnik özünüad- landırmasında bu günədək qorunub-saxlanılmışdır. Xınalıqlılar müstəqil etnos kimi kəndlərinin adı ilə tanınsalar da, özlərinə kəttid (ketlər, tək halda: khət) deyir, kəndlərini isə Ketiş adlandırırlar. Bu toponim xınalıqlıların dilində ket yeri və ya ket yurdu anlamını verir. Qonşu buduqlular, qrızlılar və hapıtlılar da onları qet-di yəni «qetlər» çağırırlar. Onlar VI-VIII əsrlər boyu davam edən Bi- zans, Xəzər, Ərəb xilafəti hərbi yürüşləri nəticəsində öz yurdlarını tərk edərək Azərbaycanın şimal-şərqindəki əlçatmaz dağlarda sığınacaq tapıblar.

Araşdırmalara əsasən, «Xınalıq» toponimi ilə bağlı müxtəlif yozumlar vardır. Məsələn, bir yozuma görə, kənd öz adını ətraf qayalar üzərindəki «xına mamırlardan», digərinə əsasən isə hunluq (hunların məskəni) sözündən götürüb. Tarixi-etnoqrafik araşdırmalar Xınalıq toponiminin vaxtilə Qafqaz Albani- yasının şimal-qərb ərazilərində mövcud olmuş Xeni mahalının adı ilə əlaqələn- dirilməsinin daha məqsədəuyğun olduğunu söyləməyə əsas verir. Mənbələrdən məlum olur ki, erkən orta əsrlərdə Qafqaz Albaniyası Xəzər, Sasani və Bizans ordularının döyüş meydanına çevrildiyi zaman Xeni mahalında yaşayan tayfalar keçilməz dağlara çəkilərək orada məskən salmışlar. Xınalıqlılar da əcdadlarının Xeni şəhərindən gəldiyini söyləyir və Xınalıq kəndinin adını «xenililərin məskəni» kimi izah edirlər.16 Xınalıqlılar arasında dolaşan əfsanələrdən məlum olur ki, Xeni şəhəri Tufan dağının o tayında yerləşir. Əhalinin «Tufan dağının o tayı» adlandırdığı ərazi isə müasir Azərbaycan Respublikasının şimal-qərb bölgəsi, alban müəllifi Musa Kağankatlının da adını çəkdiyi qədim Xeni ma- halının yerləşdiyi hissəsidir. Yeri gəlmişkən, əhali Xınalıq kəndini həm də Xe- nilıq adlandırır. Toponimdəki -lıq Azərbaycan türkcəsində mənsubiyyət şəkilçidir. Deyilənə görə, «xenililərin məskəni» və ya «Xenidən olanlar» anlamını verən bu adı bölgədə yaşayan Azərbaycan türkləri yaradıblar. Xınalıqlılar bu gün də Azərbaycanın şimal-qərb bölgəsi, xüsusilə də Qəbələ ilə etnogenetik əlaqələrini kəsməmişlər. Xınalıqlıların qışlaq yerlərinə gedən yol məhz Qəbələ ərazisindən keçir. XX əsrin ortalarına qədər Xınalıq əhali- si bu yolla Qəbələyə alış-verişə yollanardılar. Xalq arasında vaxtilə Tufandağı və Bazardüzu dağlarından keçərək Qəbələyə doğru uzanan qədim dağ yollarının mövcudluğu barədə rə- vayətlər vardır. Xınalıqlılar Qafqaz Albaniyası dövrün- dən yaddaşlarında qalan bu qədim ərazini Kabal (Qə- bələ) adlandırırlar. Adətən, öz kəndlərindən olanlarla ailə quran xınalıqlılar yalnız Qəbələ əhalisi ilə qohum ol- mağa indi də meyillidirlər. Qəbələ rayonunun Nic kəndində yaşayan udilər də Xınalıq sakinləri ilə qohum tayfalar olduqlarını təsdiq edirlər. Udilərin, saxur və ingiloyların bir sıra spesifik mərasim ayinləri, məsələn, toy şahına diri xoruzun bağlanması, toy mərasimlərində dayının xüsusi rol oynaması, elçilikdə qız və oğlan evlərinin razılıq əlaməti kimi çörək kəsmələri və s. xınalıqlılarda da vardır. Eyni zamanda xınalıqlıların saxur, rutul, ingiloy kimi alban mənşəli tayfalarla da ortaq etnomədəni xüsusiyyətləri mövcuddur.

Xınalıq dili dünyanın yüz ən qədim dilindən biri sayılır. Bu dil Qafqaz-Şah- dağ dil qrupuna aid edilsə də, onun digər dillərlə qohumluğu müəyyən edilmə- mişdir. Xınalıq dili linqvistik cəhətdən təcrid olunmuş dillər sırasındadır. Ümu- miyyətlə, mütəxəssislərin bildirdiklərinə görə, xınalıqlılar tamamilə orijinal, heç bir dil qrupuna aid olmayan bir dildə danışırlar. Ötən əsrin 50-ci illərində xınalıqlıların unikal dilini tədqiq edən tanınmış linqvist və qafqazşünas Yunus Deşeriyev də xınalıq dilinin Qafqazın ən qədim dili olması və günümüzə qədər dəyişməz qaldığını bildirmişdi.17 Abbasqulu ağa Bakıxanov «Gülüstani-İrəm» əsərində dəfələrlə Xınalıq kəndini xatırlatmışdı. O yazırdı: «Quba ölkəsinin qərb qismi xüsusi dilə malik olan Xınalıq kəndindən başqa Samur və Kürə nahiyyələri və Təbərsəranın Dərə və Əhmərli adlı iki mahalı müxtə- lif ləhcəli xüsusi dilə malikdirlər». Xınalıqlılar öz dillərini ketiş metzi adlandırırlar. Onun heç bir dialekt və ləh- cəsi olmasa da, kəndin yuxarı, orta və aşağı məhəllələrindəki nəsillər arasında tələffüz fərqi vardır. Dilçi alimlər xınalıq dilinin Azərbaycanın qədim alban mənşəli tayfalarından olan udi dili ilə nisbətən yaxınlığı qənaətindədirlər. XIX əsrə aid mənbələrdə xınalıq dilinin digər Şahdağ xalqlarının dillərindən tama- milə fərqli və ətraf kəndlərin anlamadığı dil olması qeyd edilirdi. Xınalıqlılar özləri də dillərinin «Nuh peyğəmbərin dövründən qaldığına», hətta onun məhz bu dildə danışdı- ğına əmindirlər. Əfsanələrin birində bildirilir ki, keçmiş- də yalnız bir dil, o da Huhpeyğəmbərin və onun övladlarının danışdığı dil vardı. Onun digər övladları dünyanı dolaşarkən bu dili unutmuş, Yafəsin nəsli isə olduğu kimi qoruyub. Ümumiyyətlə, bu kənddə Nuh peyğəmbər və Nuhun tufanı ilə bağlı müxtəlif əfsanələr söylənməkdədir. Bu rəvayətlərə söykənərək kənd əhalisi özünü «Yafəsin nəsli» ilə bağlayır. Xalq arasında yayılmış bir rəvayətə görə, Nuhun gəmisi məhz bu ərazidə yerləşən Tufan dağına dəyərək parçalanmışdı. Onlar dağın yaxınlığındakı Tufan gölünün dibində Nuh gəmisinin taxta parçalarının hələ də qaldığına inanırlar. Yerli əhali həm yağış çağırma, həm də Günəşi ça- ğırma ayinlərinin icrası zamanı qurban kəsərək bu gölü ziyarət edirdilər.

Xınalıqlılar xüsusilə əhatəsində yaşadıqları Tufan dağı, Qiblə dağı, Baba dağı kimi dağları, eyni zamanda Qəbələ bölgəsindəki Komrad dağını da müqəddəsləşdirmiş, onlarla bağlı müxtəlif əfsanələr yaratmışlar. Övladı olmayan qadınlar əsasən Qırx Abdal, Cabbar baba, Gömrad kimi ziyarətgahlara gedərək niyyət edib qurban kəsdirərdilər. Bu inanc yerləri içərisində Qəbələ rayonu yaxınlığında yerləşən Komrad dağının xınalıqlılar arasında xüsusi nüfuzu var. Bu dağın zirvəsində yerləşən və V əsrə aid edilən alban məbədi Xınalıq əhalisinin, eyni zamanda Qəbələ bölgəsi əhalisinin ən çox getdiyi ziyarətgahlardandır. Adətə görə, Komrad pirinə övlad sahibi olmaq arzusu ilə gələnlər doğulacaq körpənin saçını pirə nəzir deyərlər. Bundan sonra doğulan oğlan uşağının təpəsinin ortasında saçının bir hissəsi hörük şəklində uzadılır və yalnız 7 il sonra Komrad dağında kəsilir. Oğlan uşağını bədnəzərdən qorumaq üçün kəkil saxlanması adəti qədim alban tayfalarından olan udilər və ingiloylar arasında da geniş yayılmışdır. Saçla bağlı bu ayini hər ailə icra etməzdi. Daha çox uşağın həyatını təhlükədən xilas etmək məsədilə öncədən uşağın saçını nəzir deyənlər saçla bağlı belə ayinləri icra edərdilər. Belə saçı uzadılan oğlan uşaqlarına Tanrının onu göydən görə bildiyinə və qoruduğuna inanaraq hər kəs ehtiyat və hörmətlə yanaşar, onu incitməməyə çalışardı. Qədim türk inancına görə, uzadılan kəkil Tanrının göydən onu görə bilməsinə və qorumasına yar- dım edir. Bu adət Orta Asiya türklərində, İraq türkmənlərində də mövcuddur. Xınalıqda ümumi sahəsi kəndin ərazisindən bir neçə dəfə böyük olan səkkiz qədim qəbiristanlıq yerləşir. Ənənəyə görə, burada hər məhəllənin öz ziyarət- gahı və qəbiristanlığı vardır. Kənd Giyad təpəsinin zirvəsindən ətəklərinədək, Ruştoş və Dəyirmançay çaylarının sahillərinədək başdan–başa qəbiristanlıqlarla əhatə olunub. Kəndin ən qədim qəbiristanlığı Xınalığın ən güclü və qədim piri sayılan Cabbar baba pirinin yerləşdiyi məzarlıq- dır. Bundan başqa, kəndin ətrafında bir neçə qədim qə- bir yerləri var. Xınalıq kən- dində çaya doğru yol boyu uzanan ərazidə, həmçinin Yarğandərə deyilən yerlər- də üç-dörd qatlı məzarlar da müəyyən edilmişdir. Bu, Şahdağ kəndlərinin çox qə- dim tarixə malik olduğu- nu, burada patriarxal nəsli qayda-qanunların hökm sürdüyünü, ailə qəbiristan- lığı ənənəsinin qədimliyini göstərir. Saysız-hesabsız Xınalıq qəbirlərinin qədim tarixinin Qafqaz Albaniyası dövrünədək uzandığı şübhəsizdir. Qədim alban izləri təkcə xınalıqlılara məxsus etnonim və toponimlərdə deyil, kənd qəbiris- tanlıqlarındakı qədim başdaşılarında da qalmaqdadır.

Xınalıq kəndi Cabbar baba, Pirə-Comərd, Әbu Müslüm məscidi, Şeyx Şalbuz baba məscidi, Xıdır Nəbi, Möhüc baba, Şıxşalburuz baba, Qırx Abdal və Atəşgah kimi onlarca ziyarətgahla zəngindir. Maraqlıdır ki, xınalıqlılar kənddə bütün məscidləri də «pir» adlandırırlar. Xınalıq ziyarətgahları içərisin- də ən çox maraq doğuran Əbu Müslüm məscididir. Bu məscid Xınalıq kəndin- dəki ən erkən islami ibadət yeri sayılır. Lakin bu ibadətgah islamdan öncə də mövcud olmuş Günəş məbədinin izlərini qoruyub-saxlamışdır. Maraqlıdır ki, Qrız və Cek kəndlərində də eyni arxitektur quruluşa malik və eyni adlı belə məscidlər vardır. Arxitektura cəhətdən bu inanc yerləri ənənəvi məscidlərdən fərqlidir. Bu məscidlərin hamısı kəndlərin ən hündür yerində, dağın başında və günçıxan tərəfdə tikilib. Məlumdur ki, albanlar da qədim Ay və Günəş məbədlərini yüksəkliklərdə, dağın təpəsində inşa edirdilər. Bu məscidlərin içərisində- ki tacşəkilli qədim taxta sütunların üzərindəki günəş rəmzlərinin təsvirləri də buranın vaxtilə Günəş məbədi olması fikrini təsdiqləyir.

Pirə-Comərd türbə-məscidi də Xınalığın ən qədim inanc yerlərindən biridir. Kəndin ən qədim məhəlləsində yerləşən bu inanc yerinin islamdan öncəyə aid olduğu söylənilir. Buradakı qədim tikili xalqın yaddaşında islamdan əvvəl atəşpərəst ayinlərinin keçirildiyi məbəd kimi qalıb. Buna görə də Pirə-Comərdi bəzən «atəşpərəstlər məbədi» də adlandırırlar. Bu qədim ziyarətgah qala şək- lində inşa edildiyi və qülləvari formada olduğuna görə xalq arasında «Bürc məscidi» və ya «Qüllə piri» kimi də tanınır. Hazırda ancaq xarabalıqları qalan bu qədim inanc yeri, kənd əhalisinin dediyinə görə, vaxtilə maraqlı arxitektu- raya malik ibadətgah olmuşdur. Beşguşəli bünövrəsi yuxarıya doğru getdikcə daralan, üst hissəsində gündoğan tərəfə açılan pəncərəsi olan qülləvari tikilinin qapısı Qiblə dağı istiqamətində olmuşdu. Qüllədə vaxtilə gecə-gündüz məşəlin yandığı da söylənilir. Yerli əhalinin dediyinə görə, islam dininin bu ərazilərə gəlişi nəticəsində məbəd diqqətdən kənarda qalmış, daha sonra Comərd adlı şəxs tərəfindən bərpa edilmiş və ona bitişik məscid inşa olunmuşdur. Xınalıq əhalisi islam dinini ilk dəfə məhz Pirə-Cömərddə qəbul edib. Bir müddət sonra Comərdin məzarı inanc yerinə – pirə çevrilib.

Xınalıqda Ca yuvr ciqa (Od yeri) adlanan qədim atəşgahı da yerli əhali pir kimi ziyarət edir. Bu ərazi yanan alovun üstünə yığılmış hamar qaya parçaları və çınqıllardan ibarətdir. Sakinlərin söylədiyinə görə, ətrafda bir neçə yerdə od yerləri var. Buraya ziyarətə gələnlər niyyət edib torpağı qazırlar. Əgər yerdən alov dilləri çıxarsa, deməli, istəkləri həyata keçəcəkdir. Atəşgaha müqəddəs ocaq kimi sitayiş edən yerli əhali bəzən qurban kəsərkən qurbanlıq ətini bura- ya gətirir, isti qaya parçalarının üstündə bişirir və ziyarətə gələnlərə paylayır. Çünki Xınalıq atəşgahında heyvan kəsmək, ocağı çirkləndirmək böyük günah sayılır. Tarixi mənbələrin verdiyi məlumata görə, Hindistandan Azərbaycana gələn atəşpərəst zəvvarlar təkcə Abşerondakı Atəşgahı deyil, Xınalıq ərazisindəki Ca yuvr ciqa pirini də ziyarət edərdilər.

Xınalıq kəndindəki qədim ziyarətgahlardan biri də iri qaya altında bir neçə bulağın olduğu və qayadan damcılayan su damlalarının bəzən nazik bulağa çevrildiyi Qırx Abdal piri hesab edilir. Bu pirin yaxınlığındakı dağ yarğanın- dan çıxan Alxas bulağının suyu da kənd əhalisi tərəfindən müqəddəs, şəfa- verici hesab edilir. Sakinlərin söylədiyinə görə, aprel ayından başlayaraq bu yarğandan su çıxmağa başlayır və payızın axırında kəsilir. Övlad istəyən qadın və ya hər hansı bir niyyət tutan adam yazın ilk günlərində dağ yarğanından açılan suyun ilk şahidi olarsa, deməli, muradına çatacaqdır.

Qədim alban etnoslarının təbiət qüvvələrinə, Göyə, Aya, Günəşə sitayişi ilə bağlı qədim inancların izlərinə xınalıqlıların məişət ənənələrində də rast gəl- mək mümkündür. Xınalıq toylarında gəlin Günəş simvolu olan iri qırmızı par- çaya bürünərdü. Günəşin qoruyucu qüvvəsinə inanan Şahdağ xalqları arasında da od, Günəş simvolu kimi gəlin gedən qıza ata ocağından ocaq külü verilməsi, başına kiçik dəmir və kömür parçaları, mıxçalar atılması, gəlin ər evinə daxil olarkən bəd ruhlardan qorunmaq üçün ayağını mis məcməyiyə basaraq içəri keçməsi və s. inanclar mövcuddur. Gəlin ata evindən çıxmazdan əvvəl üç dəfə ocağın ətrafında dolandırılardı. Gəlini aparmağa gələn oğlan evi, adətə görə, qız evindən bərəkət, uğur aparmaq mənasında gizlicə bir şey, xüsusilə kül və ya köz götürməyə çalışardı.

Şahdağ xalqlarının toy mərasimlərində bəzədilən şaxda Günəş və məhsuldarlıq simvolu kimi mütləq diri xoruz olmalı idi. Bu adət udilərdə və ingiloy- larda da var idi. Xalq arasındakı inama görə, cin, şeytan kimi bəd ruhlar metalın səsindən qorxub dağılışdığı üçün gəlinin getdiyi evin kandarına dəmir parçası atardılar ki, gəlin onun üzərindən adlasın. Gəlinin barmaqları bala batırılırdı ki, şirinlik olsun. Buna bənzər adət ingiloylarda da var idi. Bu qədim ənənə Qafqaz Albaniyası etnoslarının vahid etnomədəni köklərindən xəbər verir.

Bütün Şahdağ xalqlarında olduğu kimi xınalıqlılarda da qan qohumluğuna əsaslanan kəbələ, qansil, kələ, soy, məhəllə kimi bir çox qədim patronomik qohumluq birlikləri olmuşdur. Kəndin nəsil mənsubiyyətinə görə məhəllələrə bölünməsi ənənəsi XX əsrin ortalarınadək qalmaqda idi: Məlikli, Qəmki, Kyimki, Qadaxki, Yalkivan və s. Belə nəsil birlikləri yas, toy, bayram və təsər- rüfat mərasimlərində birgə iştirak edər, çətinlik düşəndə bir-birinə qarşılıqlı yardım göstərərdilər. Hər məhəllədə həmin nəslə aid dingah adlanan ictimai toplantı yeri – meydan olardı. Ağsaqqallar buraya yığışaraq məhəlləyə, bəzən də kəndə aid problemləri birgə həll edərdilər. Gingah- lar həm də toy və yas məra- simlərinin keçirilməsi üçün ən münasib yer sayılırdı. Bu ənənə Xınalıqda indi də qal- maqdadır. Kənddə hər evin toy keçirilməsi üçün geniş həyəti olmadığından mağar bir qayda olaraq gingahlar- da qurular.
Keçmişdə Xınalıq kəndində imkanı olmayan ailəyə qohum-qonşunun köməkləşib ev tikməsi kimi xunça adlanan qohumluq yardımı ənənəsi olub.Xunça, adətən, yeni evlənənlərə kömək məqsədilə toy ərəfəsində icra edilərdi. Adətə görə, ev tikmək istəyən evin bünövrəsini qoyduğu zaman barının dibinə halva bişirib qoyar və bununla da köməyə ehtiyacı olduğunu bildirərdi. Bu zaman bütün kənd köməyə gəlib, halvadan dadaraq işə başlardı.

Xınalıq toylarında, qədim ənənəyə görə, bəy və gəlinin dayıları toyda hətta onların valideynlərindən belə mühüm rol oynayır. Gəlin ər evinə məhz dayı- sının evindən köçərdi. Evdən çıxanda dayısı arvadı gəlinin başına şal örtməli, bəyin dayısının gətirdiyi ata minməli idi. Qeyd etmək yerinə düşər ki, Qafqaz Albaniyasının qədim alban tayfalarının varislərindən olan udilərin, saxur və ru- tulların da toy mərasimlərində dayı önəmli rol oynayır. Ümumiyyətlə, Şahdağ kəndlərinin udilərin, saxurların və rutulların məskunlaşdıqları Şəki-Zaqatala bölgəsinin əhalisi ilə bir sıra oxşar adət-ənənələri mövcuddur. Belə ki, Şahdağ xalqlarıının toy mərasimlərində icra olunan “Çörəkkəsmə” adəti, başına xoruz bərkidilmiş şax bəzədilməsi ənənəsi eynilə Şəki-Zaqatala bölgəsində də icra olunmaqdadır.Xınalıq kəndinin məişət ənənələrində Baba qolu daşına inam (qırmızı əqiq daşı) geniş yayılmışdır. Xınalıqlılar əmindirlər ki, bu daş insanları vaxtsız ölümdən, ildırım vurmasından qoruyur və onun hər evdə olması vacibdir. Rə- vayətə görə, həmin daş ildırımın qayaları vurması nəticəsində yaranmışdır və xalq bunu «göydən uzanan müqəddəs qol», «baba qolu» kimi yozur. Bu inamın izlərinə Musa Kağankatlının «Alban tarixi» əsərində də rast gəlinir. Müəllif albanların bir çox təbiət ünsürləri ilə yanaşı, ildirım ilahəsinə də sitayiş etdiyini yazırdı. Qafqaz Albaniyasında çox qədim dövrlərdən bəri həm də əqiq daşının magik gücünə inamın mövcud olduğunu arxeoloji materiallar da təsdiq edir.

Bu gün xalqlar və mədəniyyətlər arasında qarşılıqlı canlı əlaqələrin möv- cud olduğu Azərbaycanın tarixi təşəkkülü prosesində iştirak edən digər etnos- lar kimi xınalıqlılar da ümumazərbaycan, ümumalban mədəniyyətinin ortaq ənənələrinə sahibdirlər. Onların qədim ənənələrinin alban kökləri vahid mənəvi mədəniyyətimizin dərin qatlarından xəbər verir. Azərbaycan tarixində özünə məxsus yeri olan xınalıqlılar ortaq etnomədəni mühitdə formalaşaraq Azər- baycan xalqının etnososial birliyinə daxil olmuşlar.

Buduqlular

Şahdağ etnik qrupuna aid edilən etnoslardan biri də buduqlulardır. Onların əsas yaşayış məskəni – Buduq kəndi Quba rayonunda, Böyük Qafqaz dağları- nın arasındakı yüksək dağ yamacında, Qaraçayın sol sahilində yerləşir. Tarixi mənbələrə əsasən, XVIII əsrdə eyni adlı mahalın mərkəzi olmuş Buduq kəndi Əlik, Yergüc, Buduqqazma və Dağüstü kimi yaşayış məntəqələri ilə həmsər- həddir. Təbii gözəllikləri ilə zəngin olan Buduq kəndi, xüsusilə də Buduq dərə- si, Axçid şəlaləsi bölgənin ən mənzərəli yerlərindən sayılır. Buduqluların Azərbaycanın etnik tarixində özünəməxsus izi və yeri vardır. Digər Şahdağ etnosları kimi buduqlular da erkən orta əsrlərdə Sasani basqın- larından qorunmaq üçün Qafqaz Albaniyasının çətin keçilən dağlıq ərazilərində məskunlaşmışlar. Bunu həm etnoqrafik materiallar, həm də qədim mənbələrdə verilən toponimik məlumatlar təsdiq edir. Buduqluların məskunlaşması ilə bağlı əfsanələrdən məlum olur ki, onların ilk yaşayış məskəni “dağətəyi ərazidəki Bed (Bəd) kəndinin yanındakı meşə” olmuşdur. Bu etnoqrafik məlumat onların da Xeni və Hər vilayətlərinin qonşuluğunda yerləşən və mənbələrdə Bed, Bex, Bies adı ilə bilinən alban vilayətindən gəlməsi ehtimalını gücləndirir. Mənbələrdə Bed Bex kimi adı çəkilən həmin mahal Qafqaz Albaniyasının şimal-qərb sərhəd- lərində xınalıqlıların əcdadları olan qat tayfalarının yaşadığı Xeni, qrızlıların, hapıtlıların babaları sayılan hər tayfalarının Hereti kimi mahalları ilə qonşu idi. 22 Musa Kağankatlı da «Alban tarixi» əsərində ölkənin şimal-qərbində yerləşən Bed mahalının adını çəkir. Bu etnoslar indi də bir-biri ilə qonşuluqda yaşayırlar. Onların bu ərazilərdə məskunlaşma tarixləri barədə məlumatlar üst-üstə düşür. Bu tarixi-etnoqrafik məlumatlar xınalıqlılar və qrızlılar kimi buduqluların əcdadlarının da Qafqaz Albaniyasının şimal-qərb bölgəsi ilə lokalizə edilən müasir Şəki–Zaqatala ərazisindən köç etdiklərini və buduqluların kök etibarilə qədim alban tayfalarının varislərindən biri olduqlarını, əcdadlarının Bed mahalından gəldiyini və qədim ərazilərinin adını yaddaşlarında qoruyaraq yeni yaşayış məs- kəninə verdiklərini söyləməyə əsas verir. Digər Şahdağ xalqları kimi buduqluların da özünüadlandırması daha fərqli budad şəklindədir və bir-biri ilə ünsiyyətdə olarkən «Vin budati?» (Buduq- lusanmı?) deyə soruşarlar. Onları qrızlılar da budadər deyə çağırırlar.

Vaqif Piriyev “Buduq və buduqlular” kitabında «Buduq» və «budat» etno- nimi ilə bağlı müxtəlif ehtimallar irəli sürüb. O, «buduq» sözünü qədim türk dillərində olan «dəliqanlı» kəlməsi ilə izah edir. Eyni zamanda “budat” etnonimini də qədim türk qəbiləsi ilə bağlayır. Yazılı mənbələrdə budatlar haqqında ilk məlumata XIII-XIV əsrlərdə yaşamış tarixçi və dövlət xadimi Fəzlullah Rəşidəddinin «Cami ət-təvarix» («Tarixlərin toplusu») kitabında rast gəlinir. Budatları «qədim vaxtlarda «moğol» ləqəbi daşıyan türk qəbilələri» sırasına daxil edən tarixçi yazır: «Budat qəbiləsi… bu qəbilə Tumbinə xanın beşinci oğlu Bat-Kulkinin nəslindən şaxələnib. Çingiz xanın dövründə onların başçısı Urud və ya Uruday idi. Çingiz xan Tuit qəbiləsi ilə vuruşduğu vaxt onlar Çingiz xanın müttəfiqi idilər və onun qoşununda birləşmişdilər. Onlar- dan (budatlardan) çoxlu əmirlər olmuş və vardır». Buduqlular «budat» və «buduq» etnonimini bəzən özlərinin «Buduq» adlı şəxsin varisləri olması ilə də izah edirlər.

Bünyamin Bünyadzadə

Visiontv.az