Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Multikulturalizm » "BİZ BİRLİKDƏ GÜCLÜYÜK" SƏNƏDLİ FİLMİ
8-03-2022, 13:27 · Multikulturalizm · 1 936 baxış

"BİZ BİRLİKDƏ GÜCLÜYÜK" SƏNƏDLİ FİLMİ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. İlk sənədli film əsrlər boyu Azərbaycanda yaşayan yəhudilərə, ikinci sənədli film "Qafqaz Albaniyasının varisləri - udilər"ə  həsr edilmişdi. Sayca üçüncü olan "Biz birlikdə güclüyük" sənədli filmi 44 günlük Vətən müharibəsində Azərbaycanda yaşayan milli azlıqların fəaliyyətinə həsr edilib.