Şahdağ Xalqları

Şahdağ Milli Etnik Qrupunun Etnotanıtım-Xəbər Saytı

shahdagpeoples.az-Şahdağ Milli Etnik Qrupu » Multikulturalizm » "QAFQAZ ALBANİYASININ VARİSLƏRİNDƏN BİRİ - UDİLƏR" SƏNƏDLİ FİLMİ
8-03-2022, 17:35 · Multikulturalizm · 1 879 baxış

"QAFQAZ ALBANİYASININ VARİSLƏRİNDƏN BİRİ - UDİLƏR" SƏNƏDLİ FİLMİ

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi "Azərbaycanda yaşayan müxtəlif xalqların mədəniyyətinin, adət-ənənələrinin təbliğ edilməsi" layihəsi çərçivəsində növbəti sənədli film hazırlayıb. Sayca ikinci olan bu sənədli film "Qafqaz Albaniyasının varisləri - udilər"ə həsr edilib. Sənədli filmdə Qafqaz Albaniyasının varislərindən biri olan udilər, onların adət-ənənələri, ibadət yerləri və tarixi abidələri barədə geniş məlumat verilir.