BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb

Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb

Uçqun nəticəsində bağlanan Quba -Xınalıq yolu açılıb
Ötən gün Quba-Xınalıq yolunda baş verən dağ uçqunu nəticəsində bağlanan yol açılıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanov bildirib ki, 15-20 tonluq qaya parçaları yolun 37-ci km-lik hissəsindən götürülüb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə bərpa olunub.

SAAT 12:29

Quba. Vəli Turan - APA. Ötən gün Quba-Xınalıq yolunda dağ uçqunu baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolun 37-cı km-də qaya parçalarının dağdan qoparaq yola yuvarlanması nəticəsində yol bağlanıb.

Quba 6 saylı Yol İstismar İdarəsinin sahə rəisi Bilal Sultanovun verdiyi məlumata görə, 15-20 tonluq qaya parçaları yola düşərək hərəkəti məhdudlaşdırıb.

Xınalıqla bərabər bu istiqamətdə yerləşən Əlik, Haput, Cek, Qələxudat, Bostankeç kəndləri ilə də əlaqə kəsilib.

Yolun açılması üçün əraziyə texnika cəlb olunub.скачать dle 10.4 UTF-8Forex для начинающих