BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Azsaylı xalqlar üçün tədris planı təsdiq edildi

Azsaylı xalqlar üçün tədris planı təsdiq edildi

Azsaylı xalqlar üçün tədris planı təsdiq edildi

Azsaylı xalqlar üçün tədris planı təsdiq edildi
03.07.2015, 17:52

Azsaylı xalqların uşaqları üçün hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı təsdiq olunub.
Təhsil Nazirliyindən Modern.az-a verilən məlumata görə, tədris Azərbaycan, rus və gürcü dillərində aparılan ümumtəhsil məktəblərində azsaylı xalqların uşaqları üçün təşkil edilən hazırlıq siniflərinin 2015-2016-cı dərs ilinə aid tədris planı barədə təhsil naziri əmr imzalayıb.
Əmrdə qeyd edilir ki, bu tədris planı azsaylı xalqların uşaqlarının tədris dili üzrə nitq bacarıqlarının formalaşdırılmasını, eləcə də onların məktəbə hazırlığının təmin olunmasını nəzərdə tutur.
“Hazırlıq sinfinə hər il sentyabr ayında 5 yaşı tamam olan əqli və fiziki cəhətdən normal inkişaf etmiş uşaqlar qəbul edilirlər. Hazırlıq sinfi, bir qayda olaraq, uşaqların sayı 20-dən artıq olmamaqla komplektləşdirilir. Zəruri hallarda həmin sinif məktəbin yerləşdiyi ərazidəki 5 yaşlı uşaqların sayı nəzərə alınmaqla az uşaq sayı ilə də (5 nəfərdən az olmamaq şərtilə) komplektləşdirilə bilər.
Hazırlıq sinfində dərs məşğələləri həftədə 4 gün təşkil olunur. Bir dərs məşğələsinin müddəti 35 dəqiqədir. 1-ci və 2-ci məşğələnin hər birindən sonra 5, üçüncü məşğələdən sonra isə uşaqlara 15 dəqiqəlik tənəffüs verilir”.
Məlumatda qeyd edilir ki, hazırlıq sinfində təhsil alan uşaqlara ev tapşırıqları nəzərdə tutulmur. “Şagirdlərin təlim nailiyyətləri şifahi formada aparılır və bu barədə valideynlərə məlumat verilir. Yalnız ibtidai sinif müəllimi ixtisaslı və müəyyən iş təcrübəsinə malik müəllim tərəfindən aparılır. Hazırlıq sinfində təhsil alan uşaqlar dərs ili ərzində müəyyən edilmiş tətillərə ümumtəhsil məktəb şagirdləri ilə eyni vaxtda buraxılırlar”.
Aytən ZƏHRA
Modern.azскачать dle 10.4 UTF-8Forex для начинающих