BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Qusar və Qubada etnoturizmin inkişafı layihəsi həyata keçirilib

Qusar və Qubada etnoturizmin inkişafı layihəsi həyata keçirilib

 

31 may 2017, Bakı

REPORT.AZ/ Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Qusar və Quba rayonlarında “Etno turizmin inkişafı, etno turizm klasterlərinin yaradılması üzrə maarifləndirmə fəaliyyətinin təşkili” adlı layihə həyata keçirib.

Cəmiyyətdən "Report"a verilən məlumata görə, layihənin məqsədi regionlarda turizmlə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri, bələdiyyələr, sahibkarlar arasında etno turizmlə bağlı maarifləndirmə fəaliyyətinin təşkili, etno turizm klasterləri ilə bağlı xarici təcrübələri, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsini özündə əks etdirən bilik və informasiyaların çatdırılması, etno turizm sahəsinin yerli və xarici ictimaiyyətə yönələn elektron təbliğatının təşkili işinin müzakirəsidir.

Regionun etno turizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərlə müzakirələrin aparılması, regionlarda etno turizmlə məşğul olacaq kontingentin formalaşdırılması layihənin əsas vəzifələrinə daxildir.

Layihə çərçivəsində Qusar və Quba rayonlarında seminarlar keçirilib. Tədbirlərdə turizm fəaliyyətilə məşğul olan insanlar, yerli turizm mütəxəssisləri olmaqla ümumilikdə hər rayondan 100 nəfər rayon sakini iştirak edib.

Turizmin inkişafı ilə bağlı qarşıya qoyulan hədəflərə nail olmaq və etno turizmin daha rəqabətədavamlı və cəlbediciliyini artırmaq üçün yerli mədəniyyət və turizm idarələri mütəxəssisləri, bələdiyyələr, yerli sahibkarlar, turizm müəssisələri nümayəndələri arasında maarifləndirmə işi aparılıb, regionun etnoturizm potensialının araşdırılması və obyektiv qiymətləndirmənin həyata keçirilməsi üçün yerli mütəxəssislərə bilik və informasiyaların çatdırılması, etno turizm klasterləri ilə bağlı xarici təcrübələri özündə əks etdirən prezentasiyaların keçirilməsi və yerli etno turizm potensialının, etno turizm sahəsinin yerli və xarici icyimaiyyətə yönələn elektron təbliğatının təşkili məsələləri müzakirə edilib.

Qeyd edək ki, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə həyata keçirilib.

скачать dle 10.4 UTF-8Forex для начинающих