BİZƏ YAZIN
ŞAHDAĞ MİLLİ ETNİK QRUPUNUN ETNOTANITIM-XƏBƏR SAYTI
Bizim seçim
» » Cek kən­di və cek­li­lər azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın da­şı­yı­cı­la­rı ki­mi

Cek kən­di və cek­li­lər azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın da­şı­yı­cı­la­rı ki­mi

21 dekabr 2016

Azər­bay­can ta­ri­xin­də izi olan top­lum­lar­dan bi­ri ki­mi cek­li­lə­rin özü­nə­məx­sus ye­ri var. Cek­li­lər Azər­bay­can­da ya­şa­yan et­nik top­lum­lar­dan bi­ri ki­mi öl­kə­mi­zin hə­ya­tın­da mü­hüm rol oy­na­yıb.

Ke­çən ya­zı­mız­da cek­li­lə­rin ta­rix­də qoy­du­ğu iz­lə­ri araş­dır­dıq. Bu də­fə də fik­ri­mi­zi da­vam et­di­ri­rik. Bil­di­yi­niz ki­mi, bu iş­də bə­ləd­çim Sum­qa­yıt Təh­sil İda­rə­si­nin me­to­dis­ti, "Cek Cə­miy­yə­ti" İc­ti­mai Bir­li­yi­nin səd­ri Əl­həd­din Cek­li Pa­şa­yev ol­du. Ə.C.Pa­şa­yev fik­ri­ni da­vam et­di­rə­rək qeyd et­di ki, cek di­li Da­ğıs­tan qru­pu­na da­xil olan ək­sər dil­lər ki­mi ya­zı­sız­dır və şi­fa­hi dil­dir: "Mü­a­sir dövrdə təd­ri­cən si­lin­mək­də olan dil­lər sı­ra­sı­na da­xil edi­lən bu di­lin ge­diş-gə­li­şi çə­tin olan uc­qar Cek kən­din­də in­di­yə ki­mi möv­cud­lu­ğu­nu qo­ru­yub sax­la­ma­sı­nın əsas sə­bə­bi cek di­li­nin baş­qa dil­lə­rin tə­si­ri­nə mə­ruz qal­ma­sı olub. La­kin son za­man­lar bu dil­də ge­dən güc­lü də­yi­şik­lik­lə­rə əsas­la­na­raq  gə­lə­cək­də onun can­lı dil­lər sı­ra­sın­dan çı­xa­ca­ğı­nı eh­ti­mal et­mək olar. Məhz bu­na gö­rə də bu di­lin qu­ru­lu­şu­nu qey­də al­ma­ğa, hər­tə­rəf­li öy­rən­mə­yə çox bö­yük eh­ti­yac var. Xü­su­si­lə də cek di­li­nin cek­li­lə­rin öz­lə­ri tə­rə­fin­dən təd­qiq edil­mə­si­nə da­ha bö­yük eh­ti­yac var. Çün­ki hər bir di­lin onun öz nü­ma­yən­də­lə­ri, hə­min di­li bü­tün in­cə­lik­lə­ri ilə bi­lən sa­vad­lı dil­çi­lər tə­rə­fin­dən təd­qiq olun­ma­sı da­ha mü­kəm­məl el­mi nə­ti­cə­yə gə­ti­rib çı­xa­ra bi­lər. Əf­sus­lar ol­sun ki, hə­lə­lik cek­li­lə­rin bu sa­hə­də ça­lı­şan bir pe­şə­kar nü­ma­yən­də­si ol­ma­yıb. Heç bir əlif­ba­ya ma­lik ol­ma­sa da, cek­li­lər bu dil­də ya­zı­dan is­ti­fa­də edib və in­di­nin özün­də də is­ti­fa­də edir. La­kin on­lar bu za­man əv­vəl­lər ərəb əlif­ba­sın­dan is­ti­fa­də edir­di­sə, ha­zır­da yaş­lı nə­sil da­ha çox ki­ril, gənc nə­sil isə la­tın əlif­ba­sın­dan is­ti­fa­də edir. An­caq qeyd et­mək la­zım­dır ki, cek di­lin­də olan fo­nem­lə­ri ol­du­ğu ki­mi ya­zı­ya kö­çür­mək üçün həm ərəb, həm ki­ril, həm də la­tın əlif­ba­sı­nın im­kan­la­rı ol­duq­ca məh­dud­dur. Bu əlif­ba­lar­dan heç bi­ri­nin cek di­li­nin səs sis­te­mi­ni bü­tün dol­ğun­lu­ğu ilə əks et­di­rə bil­mə­mə­si, onun qu­ru­lu­şu və xa­rak­te­ri haq­qın­da tam ay­dın tə­səv­vür ya­rat­ma­ma­sı bun­da ma­raq­lı olan mü­tə­xəs­sis­lə­ri cek di­li­nin əlif­ba­sı­nın tər­ti­bi prob­le­mi üzə­rin­də dü­şün­mə­yə va­dar edir. Bu prob­le­min həl­li məq­sə­di­lə Tar­xan Pa­şa­za­də də mü­əy­yən tə­şəb­büs­lır gös­tə­rib ki, bun­lar­dan da ger­çək­ləş­mə­si da­ha re­al gö­rü­nən, hə­lə­lik şər­ti ola­raq "Xa­na əlif­ba­sı" ad­lan­dı­rı­lan cek di­li­nin əlif­ba­sı la­yi­hə­si­dir. Bu əlif­ba la­yi­hə­si üzə­rin­də iş ta­ma­mi­lə ye­kun­laş­dıq­dan son­ra cek di­li də dün­ya­nın ya­zı­lı dil­lə­ri sı­ra­sı­na qa­tı­la­caq. La­kin hə­lə də bu di­lin va­hid əlif­ba­sı­nın ol­ma­ma­sı­na bax­ma­ya­raq, di­li­ni mü­kəm­məl bi­lən cek­li­lər bu dil­də müx­tə­lif əlif­ba­lar­la - əsa­sən ki­ril və la­tın əlif­ba­la­rın­da ya­zıl­mış ya­zı­la­rı tam ola­raq ba­şa dü­şür və an­la­yır. Bir mə­qa­mı da qeyd et­mək is­tə­yi­rəm ki, ar­tıq la­tın əlif­ba­sı ilə ilk "Cek­cə-Azər­bay­can­ca lü­ğət"in ha­zır­lan­ma pro­se­si üzə­rin­də iş­lə­ri ye­kun­laş­dır­maq­da­yam.

So­vet döv­rün­də şah­dağ­lı­lar və on­la­rın dil­lə­ri həm də mər­kə­zi şə­hər­lər­də­ki alim­lə­rin, res­pub­li­ka zi­ya­lı­la­rı­nın diq­qə­ti­ni cəlb edib".

O vur­ğu­la­yır ki, bu döv­rün dil­çi­lik ədə­biy­ya­tın­da tez-tez Xı­na­lıq, Bu­duq, Qrız, Ha­put, Cek, Əlik, Yer­güc kəndlə­ri­nin hər bi­rin­də bir müs­tə­qil di­lin möv­cud­lu­ğun­dan söh­bət ge­dib (bu kəndlə­rin hər bi­ri­nin özü­nün ana di­li var və on­lar dil­lə­ri­ni ya­şa­dır - Ə.C.P). Mü­sa­hi­bi­mi­zin bil­dir­di­yi­nə gö­rə, hət­ta N.Marr, N.Ya­kov­lev, R.Şor, L.Jir­kov və baş­qa mü­tə­xəs­sis­lər dün­ya dil­lə­ri­ni təs­nif edər­kən Şah­dağ dil­lə­ri­nin yed­di dil­dən iba­rət ol­du­ğu­nu gös­tə­rib: "Qeyd edək ki, 7 Şah­dağ di­lin­dən bi­ri olan cek di­li ba­rə­də bi­zə mə­lum olan ilk mə­lu­mat R.Fon Er­ker­tin 1895-ci il­də Vya­na­da al­man di­lin­də nəşr olu­nan "Qaf­qaz kök­lü dil­lər" əsə­rin­də ve­ri­lib. İki his­sə­li hə­min əsə­rin bi­rin­ci his­sə­sin­də 545 al­man­ca sö­zün Qaf­qaz di­lin­də səs­lən­mə­si ək­si­ni ta­pıb. Mü­əl­lif Qaf­qaz­da ya­şa­yan 30 xal­qın di­lin­dən, o cüm­lə­dən Bu­duq, Xı­na­lıq, cek dil­lə­rin­dən (Qrız, Ha­put, Əlik və Yer­güc dil­lə­ri gös­tə­ril­mə­yib - Ə.C.P) is­ti­fa­də edə­rək ma­raq­lı lü­ğət tər­tib edib. Be­lə ki, hər han­sı söz baş­lıq­da al­man, in­gi­lis və fran­sız dil­lə­rin­də gös­tə­ri­lir və son­ra Qaf­qaz­da­kı 30 dil­də onun qar­şı­lı­ğı ve­ri­lir. Cek di­li hər yer­də 18-ci qra­fa­da, Bu­duq 17-də, Xı­na­lıq 19-da əks olu­nub. Şah­da­ğın ətək­lə­rin­də ya­yıl­mış dil­lə­ri bil­di­rən "Şah­dağ dil­lə­ri" ter­mi­ni elə hə­min mü­əl­li­fə məx­sus­dur. Dil­çi alim­lə­rin fik­rin­cə, R.Er­ker­tin əsə­ri bir sı­ra qü­sur­la­ra ma­lik­dir və mü­əy­yən el­mi əhə­miy­yət kəsb et­mir. Ki­tab­da Qaf­qaz dil­lə­ri­nə aid ve­ril­miş ma­te­ri­al­da nə­zə­rə çar­pan uy­ğun­suz­luq­lar bu­nu bir da­ha sü­but edir. Cek di­li ba­rə­də bə­zi mü­la­hi­zə­lə­rə bir sı­ra di­gər mü­əl­lif­lə­rin əsər­lə­rin­də də tə­sa­düf olu­nur. N.Y.Mar­rın cek di­li­ni di­gər Şah­dağ dil­lə­ri ilə bir­lik­də Qaf­qaz dil­lə­ri­nin "Şərq (ləz­gi) qru­pu"nun Kü­rə qə­bi­lə­lə­ri böl­mə­si­nə da­xil et­mə­si, N.Ya­kov­le­vin cek di­li­ni Qaf­qaz dil­lə­ri­nin Şərq qru­pu­nun "Ləz­gi-Sa­mur ya­rımqru­pu"na aid et­di­yi Sa­mur qis­mi he­sab et­mə­si, A.Qle­ye­rin isə ötən əs­rin əv­vəl­lə­rin­də "cek-bu­duq di­li" ter­mi­ni­ni iş­lət­mə­si və di­gər bu ki­mi mü­la­hi­zə­lər mü­hüm el­mi əhə­miy­yət kəsb et­mə­sə də, fakt ola­raq dil­çi­lik ədə­biy­ya­tı­na da­xil olu­nub.

Cek di­li­nin türk dil­lə­rin­dən xey­li fərqlən­mə­si­nə bax­ma­ya­raq, ta­rix bo­yu türk dün­ya­sı­na in­teq­ra­si­ya­ya meylli olan cek­li­lər öz­lə­ri­ni "Qaf­qaz tür­kü" he­sab edir. Azər­bay­can­lı­la­rın tər­kib his­sə­si olan cek­li­lər öz­lə­ri­ni "azər­bay­can­lı" ki­mi qeyd edir. On­lar di­gər xalqlar­la, xü­su­sən də Azər­bay­can­da ya­şa­yan mil­li et­nik qrup­lar­la, da­ha çox isə "Şah­dağ qru­pu" xalqla­rı olan bu­duq­lu­lar, əlik­li­lər, ha­put­lu­lar, xı­na­lıq­lı­lar, qı­rız­lı­lar, yer­güc­lü­lər, həm­çi­nin qa­lay­xu­dat­lı­lar­la qay­na­yıb-qa­rı­şıb və çox ge­niş qo­hum­luq əla­qə­lə­ri­nə ma­lik­dir. On­lar res­pub­li­ka­mı­zın ic­ti­mai-si­ya­si, iq­ti­sa­di və mə­də­ni hə­ya­tı­nın bü­tün sa­hə­lə­rin­də müm­kün ol­du­ğu qə­dər ya­xın­dan iş­ti­rak edir. Ha­zır­da cek­li­lər ara­sın­da çox­lu say­da ali təh­sil­li mü­tə­xəs­sis var. Cek­li­lə­rin ək­sə­riy­yə­ti isə, xü­su­si­lə Qu­ba-Xaç­maz böl­gə­sin­də ya­şa­yan­lar əsa­sən kənd tə­sər­rü­fa­tı ilə məş­ğul olur.

Cek­li­lə­rin adət və ənə­nə­lə­ri da­ha çox oğuz türklə­ri­nin adət-ənə­nə­lə­ri ilə ya­xın­dır. On­la­rın əsas məş­ğu­liy­yə­ti hey­van­dar­lıq, əkin­çi­lik və to­xu­cu­luq olub. Ki­şi­lər əsa­sən qo­yun­çu­luq­la, qa­dın­lar yun­dan müx­tə­lif mə­mu­lat­lar - xal­ça, pa­laz, ki­lim, şal, co­rab to­xu­maq­la məş­ğul olur­du. Cek kən­di Qu­ba xal­ça­la­rı­nın ən par­laq kom­po­zi­si­ya­la­rın­dan bi­ri olan "Cek xal­ça­la­rı"nın mər­kəz­ləş­miş mən­tə­qə­si he­sab olu­nur. Qeyd edim ki, "Cek xal­ça­la­rı" Azər­bay­can xal­ça­la­rı­nın Qu­ba-Şir­van ti­pi­nin Qu­ba qru­pu­nun dağ­lıq his­sə­si­nə aid edi­lir.

Ənə­nə­vi ola­raq Azər­bay­can mət­bə­xi­nin zən­gin nü­mu­nə­lə­rin­dən bəh­rə­lə­nən Cek mət­bə­xi bu müs­tə­vi­də də özü­nə­məx­sus­lu­ğu ilə fərqlə­nir. Cek mət­bə­xi­ni Azər­bay­can mət­bə­xin­dən fərqlən­di­rən əsas cə­hət isə bu­dur ki, bu­ra­da xü­su­si ha­zır­la­nan bə­zi mət­bəx nü­mu­nə­lə­ri möv­cud­dur. Bun­la­ra mi­sal ola­raq cu­rum, qi­ləc, ça­ma-fu, sər­gil-afar və bo­qortc-hal­va ki­mi nü­mu­nə­lə­ri sa­da­la­maq ki­fa­yət­dir".

Ə.S.Pa­şa­ye­vin qeyd et­di­yi­nə gö­rə, son bir ne­çə əsrdə cek­li­lə­rin küt­lə­vi şə­kil­də kən­di tərk edə­rək aran əra­zi­lə­rə axış­ma­sı on­la­rın məş­ğu­liy­yə­ti­nin də xey­li də­yiş­mə­si ilə nə­ti­cə­lə­nib. Onun ver­di­yi mə­lu­ma­ta gö­rə, Cek kən­di­nin hə­lə so­vet dö­nə­min­də qon­şu kəndlər­lə bir­ləş­dik­lə­ri K.Dmit­rov adı­na sov­xo­zu təx­mi­nən 50 min baş, sov­xo­zun sa­kin­lə­ri isə 25 min baş qo­yu­na sa­hib olub, Azər­bay­ca­nın ən bö­yük qo­yun­çu­luq tə­sər­rü­fa­tı sa­yı­lır­dı: "1991-ci il­də sov­xoz iki ye­rə -X.Sə­fə­rə­li­yev adı­na və Xı­na­lıq kənd kol­xoz­la­rı­na bö­lün­dü. Öl­kə­miz müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra bu kol­xoz­la­ra məx­sus əm­lak böl­gü əsa­sın­da ca­ma­a­ta pay­la­nıb. Cek kən­din­də məs­kun­la­şan cek­li­lə­rin mü­a­sir nü­ma­yən­də­lə­ri­nin çox bö­yük ək­sə­riy­yə­ti ha­zır­da qış­laq və yay­laq şə­ra­i­tin­dən is­ti­fa­də et­mək­lə yal­nız hey­van­dar­lıq­la məş­ğul olur. On­lar ilin bir ya­rı­sı­nı qış­laq­da, di­gər ya­rı­sı­nı isə yay­laq­da ke­çir­mə­yə adət edib. Hər il oktyab­rın 1-dən 15-dək qo­yun sü­rü­lə­ri­ni qış­la­ğa en­di­rir, may ayı­nın 1-15-i ara­sı yay­la­ğa çı­xa­rır­lar. La­kin vax­ti­lə əkin yer­lə­ri ol­muş dağ ya­mac­la­rın­dan iba­rət olan bu əra­zi­lər uzun il­lər mal-hey­van və qo­yun-qu­zu­la­rın bu sa­hə­də ota­rıl­ma­sı nə­ti­cə­sin­də or­ta və şid­dət­li sel və kü­lək ero­zi­ya­sı­na mə­ruz qa­lıb. Uzun il­lər əkil­mə­di­yi üçün ha­zır­da bu­ra­lar­da hey­van­dar­lı­ğı in­ki­şaf et­dir­mək çox çə­tin­lə­şib. Yay­laq­la­rın ot­ver­mə qa­bi­liy­yə­ti il­bə­il aza­lır".

Bu gün di­gər yer­lər ki­mi, Cek kən­di­nin də si­ma­sı­nın xey­li də­yiş­di­yi­ni vur­ğu­la­yan Ə.C.Pa­şa­yev bil­dir­di ki, kən­din əl­ve­riş­li coğ­ra­fi möv­qe­yi, xü­su­si­lə də son il­lər Azər­bay­ca­nın iq­ti­sa­di in­ki­şa­fı­nın su­rət­lə artma­sı bu re­gi­on­da tu­riz­min in­ki­şa­fı­na doğ­ru ilk ad­dım­la­rın atıl­ma­sı­na sə­bəb olub: "Bu amil cek­li­lər­də tu­rizm sek­to­ru­na çox bö­yük ma­raq ya­ra­dıb. Ha­zır­da Cek kən­di Qu­ba-Tən­gə­al­tı-Xal­tan və Qu­ba Qəç­rəş-Mi­na­rə is­ti­qa­mət­lə­ri ilə bir­lik­də ra­yon­da tu­riz­min in­ki­şa­fı­nın üç əsas is­ti­qa­mə­tin­dən bi­ri olan Qu­ba-Cek-Xı­na­lıq is­ti­qa­mə­ti­nin mər­kə­zin­də yer­lə­şir. 

Əsl sə­ya­hət, is­ti­ra­hət, tu­rizm məs­kə­ni olan Cek kən­di­nin əha­li­si­nin əv­vəl­lər ra­yon mər­kə­zi, aşa­ğı kəndlər­lə əla­qə­si pa­yız-qış vax­tı ta­ma­mi­lə kə­si­lir, yaz-yay ay­la­rın­da isə çox çə­tin­lik­lə müm­kün olur­du. Hə­min dövrdə cek­li­lər nəq­liy­yat va­si­tə­si ki­mi əsa­sən "QAZ-66", "QAZ-53", "ZİL","UAZ" "Ni­va" mar­ka­lı av­to­mo­bil­lər­dən və xü­su­si­lə də at­dan is­ti­fa­də edir­di.

Ge­diş-gə­li­şi yax­şı­laş­dır­maq məq­sə­di­lə hə­lə 1987-ci il­də Qu­ba-Qəç­rəş-Qrız­dəh­nə-Xı­na­lıq ad­lan­dı­rı­an bu av­to­mo­bil yo­lu­nun ti­kin­ti­si cə­nab Pre­zi­dent İl­ham Əli­ye­vin gös­tə­ri­şi ilə ba­şa çat­dı­rı­lıb. Nə­ti­cə ola­raq döv­lət baş­çı­sı 2006-cı il oktyabr ayı­nın 7-də özü şəx­sən 57 ki­lo­metrlik Qu­ba-İs­pik-Xı­na­lıq yo­lu­nun is­ti­fa­də­yə ve­ril­mə­si mə­ra­si­min­də iş­ti­rak edib, "Lek­sus" mar­ka­lı av­to­mo­bi­lin sü­ka­nı ar­xa­sın­da əy­lə­şə­rək, xa­nı­mı Meh­ri­ban Əli­ye­va ilə bir­lik­də Xı­na­lıq kən­di­nə ge­dib və yo­lüs­tü Cek kən­din­də də olub.

Həm­çi­nin, 2006-cı ilin əv­vəl­lə­rin­də Azər­bay­ca­nın bi­rin­ci xa­nı­mı Meh­ri­ban Əli­ye­va­nın rəh­bər­li­yi ilə Hey­dər Əli­yev Fon­du­nun hə­ya­ta ke­çir­di­yi "Ye­ni­lə­şən Azər­bay­ca­na ye­ni mək­təb" proq­ra­mı­na əsa­sən, Cek kən­din­də hə­lə 1928-ci il­də ya­ra­dı­lan mək­tə­bin son il­lər­də ta­ma­mi­lə ya­rar­sız və­ziy­yə­tə düş­müş bi­na­sı ye­ni­dən in­şa edi­lə­rək is­ti­fa­də­yə ve­ri­lib.

Ra­bi­tə və Yük­sək Tex­no­lo­gi­ya­lar Na­zir­li­yi Xı­na­lıq kən­din­də kon­tey­ner for­ma­sın­da ol­maq­la 128 nöm­rə­lik, Əlik kən­din­də isə 64 nöm­rə­lik elektron ATS-lə­rin qu­raş­dı­rıl­ma­sı­nı, ye­ni ATS-lə­rin key­fiy­yət­li işi­ni tə­min et­mək üçün Sö­hüb və Əlik kəndlə­ri ara­sın­da 10 km-lik, Əlik və Xı­na­lıq kəndlə­ri ara­sın­da 16 km-lik fi­be­rop­tik ka­bel xət­lə­ri­nin çə­ki­li­şi­ni, Qrız kən­din­də 4 ədəd, Qı­rız­dəh­nə kən­din­də 8 ədəd peykdən qə­bul üsu­lu ilə te­le­fo­nun ve­ril­mə­si­ni, Bos­tan­keş ya­şa­yış mən­tə­qə­si­nə, Cek, Ha­put, Qa­lay­xu­dat kəndlə­ri­nə te­le­fon çə­kil­şi­ni, Əlik kən­din­də ye­ni te­le­vi­zi­ya stan­si­ya­sı­nın və FM ve­ri­ci­si­nin qu­raş­dı­rıl­ma­sı­nı, sa­kin­lə­rin mü­ra­ci­ət­lə­ri­nə əsa­sən Xı­na­lıq kən­din­də AzTV və İTV-dən baş­qa "Li­der" TV-nin də ya­yı­mı­nı, Xı­na­lıq kən­din­də "Azər­cell" mo­bil te­le­fon ra­bi­tə­si­nin ya­yıl­ma­sı­nı tə­min edib. Bu­nun­la da Şah­dağ pla­to­sun­da yer­lə­şən ən uc­qar ya­şa­yış mən­tə­qə­lə­ri­nin sa­kin­lə­ri dün­ya­nın is­tə­ni­lən nöq­tə­si ilə te­le­fon və in­ter­net ra­bi­tə­si ya­rat­maq im­ka­nı əl­də edib.

Bir mə­qa­mı da qeyd edim ki, hə­lə mər­hum pre­zi­dent Hey­dər Əli­ye­vin so­vet döv­rün­də res­pub­li­ka­mı­za rəh­bər­li­yi vax­tın­da da öl­kə­də­ki mə­də­ni qu­ru­cu­luq iş­lə­ri şah­dağ­lı­lar­dan da yan keç­mə­yib. Be­lə ki, 1974-cü il­də Qrız, Bu­duq, Xı­na­lıq, Ha­put, Əlik və Cek kəndlə­ri­nə elektrik ener­ji­si­nin ve­ril­mə­si bu əha­li­nin hə­ya­tın­da, mə­i­şə­tin­də mü­hüm ha­di­sə ol­du.

Azər­bay­can Res­pub­li­ka­sı­nın Pre­zi­den­ti İl­ham Əli­ye­vin 19 de­kabr 2007-ci il ta­rix­li, 2563 nöm­rə­li Sə­rən­ca­mı­na əsa­sən, qə­dim ta­ri­xi olan, də­niz sə­viy­yə­sin­dən 2300 metr yük­sək­lik­də yer­lə­şən, özü­nə­məx­sus coğ­ra­fi möv­qe­yə və uni­kal me­mar­lı­ğa ma­lik Qu­ba ra­yo­nu­nun Xı­na­lıq kən­di­nin ta­ri­xi əra­zi­si­nin Azər­bay­can Res­pub­li­ka­sı­nın "Xı­na­lıq" Döv­lət ta­rix-me­mar­lıq və et­noq­ra­fi­ya qo­ru­ğu elan edil­mə­si isə "Şah­dağ qru­pu"na da­xil olan mil­li et­nos­la­rın mə­də­ni hə­ya­tın­da ən ye­ni sə­hi­fə­lər açıb. Qeyd edək ki, Azər­bay­can Res­pub­li­ka­sı Na­zir­lər Ka­bi­ne­ti­nin 19 sentyabr 2008-ci il ta­rix­li, 220 nöm­rə­li Qə­ra­rı ilə Azər­bay­can Res­pub­li­ka­sı­nın "Xı­na­lıq" Döv­lət ta­rix-me­mar­lıq və et­noq­ra­fi­ya qo­ru­ğu­nun Əsas­na­mə­si təs­diq edi­lib.

Döv­lə­ti­mi­zin rəh­bər­li­yi tə­rə­fin­dən hə­ya­ta ke­çi­ri­lən bu ki­mi təd­bir­lə­rin si­ya­hı­sı da­ha da zən­gin­ləş­mək­də­dir. Bü­tün bun­lar xal­qı­mı­zın mil­li özü­nü­dərk pro­se­si­ni güc­lən­di­rir, azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı­nın va­si­tə­si­lə döv­lət­çi­li­yi­mi­zin  möh­kəm­lən­mə­si­nə zə­min ya­ra­dır. Cek­li­lər­lə bir­lik­də bü­tün "Ki­çik yed­di­lər" Azər­bay­ca­nı­mı­zın di­gər xalqla­rı ilə ya­na­şı, öl­kə­mi­zin zən­gin mə­də­niy­yə­ti­nin bər­pa­sı­na və onin qo­ru­nub sax­lan­ma­sı­na öz də­yər­li töh­fə­lə­ri­ni ve­rir, bö­yük və güc­lü Azər­bay­can uğ­run­da inam­la ad­dım­la­yır". 

Cek kən­di­ni və cek­li­lə­rin ta­ri­xi­ni, hə­yat tər­zi­ni, məş­ğu­liy­yə­ti­ni, de­moq­ra­fik ge­di­şa­tı­nı araş­dır­lıq. Açı­ğı, o qə­dər ma­raq­lı faktlar­la qar­şı­laş­dıq ki, bu bi­zi tə­əc­cüb­lən­dir­di, se­vin­dir­di. Nə yax­şı ki, Azər­bay­can var, onun möh­tə­şəm azər­bay­can­çı­lıq ide­o­lo­gi­ya­sı və di­nin­dən, di­lin­dən, mil­liy­yə­tin­dən ası­lı ol­ma­ya­raq, bu ide­o­lo­gi­ya ət­ra­fın­da bir­lə­şən azər­bay­can­çı­lar var.

İra­də SA­RI­YE­VA

 

 

 

 

скачать dle 10.4 UTF-8Forex для начинающих