V Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposları müzakirə edilib3 oktyabr 2016 Bu gün IV Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində "Sivilizasiyaların qovuşuğunda müqayisəli kulturoloji tədqiqatların ümumi və xüsusi cəhətləri («Nibelunqlar haqqında nəğmə» və «Kitabi-Dədə Qorqud»)" mövzusunda "dəyirmi masa" keçirilib Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə Azərbaycan Milli Məclisinin üzvü Sevinc Fətəliyeva açaraq bildirib ki, "dəyirmi masa"da dünyanın müxtəlif ölkələrindən gələn nüfuzlu tədqiqatçı alimlər iştirak ediblər. Tədbirdə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdulla bildirib ki, hər iki ədəbi abidə haqqında fikir mübadiləsinin Bakı Humanitar Forumu çərçivəsində aparılması təsadüfi deyil. K.Abdulla düşünür ki, “Nibelunqlar haqqında nəğmə” və “Kitabi-Dədə Qorqud” eposlarının müqayisəli tədqiqi haqqında danışmağa Bakı Humanitar Forumundan daha yaxşı tədbir düşünmək olmaz: "Əgər türk tədqiqatçılar “Nibelunqlar haqqında nəğmə”yə, alman tədqiqatçılar isə “Kitabi-Dədə Qorqud” eposuna diqqət edib elmi fəaliyyətini ona cəmləyirsə, multikulturalizm anlayışı məhz budur. Biz hər iki dastanın qarşılıqlı tədqiqi üçün indiyədək iki tədbir keçirmişik və şadam ki, növbəti tədbiri yenə məhz bu mövzuya həsr etmişik. Sevinirəm ki, alman professorlar “Kitabi-Dədə Qorqud” dastanına diqqət edirlər”. Baden Kitabxanasının Əlyazmalar şöbəsinin müdiri Ute Obhof, professorlar Aksel E.V.Müller, Aleksandr Bondarev, Liladhar Pendse və başqaları iki eposun qarşılıqlı tədqiqi haqqında fikirlərini bildiriblər. |
Bizim
seçim
|
İlqar BalakişiyevAzərbaycan Memarlıq və İnşaat Universitetinin baş müəllimi, memar... Qubanın tarixi məscidləri |